Şagirdlər üçün xüsusi avtobuslar ayrılacaq? - Nazirdən açıqlama
"Yol xəritəmizdə məktəb avtobuslarının olması var. Biz istəyirik ki, uşaqlar məktəbə rahat getsin".
BiG.AZ APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib. O bildirib ki, bu, birbaşa məktəb seçimi ilə bağlıdır:
"Bir çox ölkələr çox sərt məktəb seçimi qaydası müəyyənləşdiriblər. Məsələn, şagirdə yalnız yaşadığı yerə yaxın ərazidə məktəb seçməyə imkan verilir. Məktəb avtobusu uzaq yerlərdən şagirdləri gətimək üçün nəzərdə tutulub. Bakının məktəbləri ilə bağlı ciddi miflər mövcuddur. Məsələn, hər il tədris ili başlayanda valideynlər ən yaxşı məktəbin hansı olduğunu soruşurlar. Bakıda 330 məktəb var, hər birində yaxşı oxuyan şagird də var, pis oxuyan şagird. Ən yaxşı məktəb mənim üçün evə yaxın olan məktəbdir. Şagird stress yaşamır. Hətta yaxşı olmasa belə, onu birlikdə yaxşı etmək olar".
Nazir deyib ki, şagirdlərin məktəblərdə yerləşdirilməsində müəyyən mənada pərakəndəlik var:
"Lakin son illərdə biz sistemi qurmuşuq. Şagirdlərin əsasən yaşadıqları ərazi üzrə yerləşdirmə aparılır. Bu gün Bakının dörd bir tərəfindən məktəblərə şagird gəlir. Bu səbəbdən hazırda məktəb avtobuslarının nə qədər effektiv olacağı sualı ortaya çıxır. Bəzi məktəblər özəl sektorla əməkdaşlıq çərçivəsində avtobus xidməti ala bilər. Biz bunu dəstəkləyirik. Bunun biz tərəfdən təşkili ilə bağlı bir neçə dəfə cəhdlər olub. Lakin məktəblə ünvanların uyğunlaşmaması bu xidmətin səmərəli təşkilində ən azından kağız üzərində alınmır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1492 Tarix: 25 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -
15 oktyabrÜrək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı
Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis
16 oktyabrMəktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör
16 oktyabrƏhalinin son sayı - Açıqlandı
İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə
16 oktyabrBU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə
15 oktyabrHeç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran
14 oktyabr