Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini dəfn olundu
Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, polkovnik Mayis Orucəliyev dəfn edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişən hərbçinin cənazəsi ötən gün axşam saatlarında vətənə gətirilib.
Mərhum doğulduğu Biləsuvar rayonunun İsmətli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Orucəliyev Mayis Mirzəyar oğlu 1972-ci ildə anadan olub. Birinci Qarabağ və Vətən müharibəsində iştirak edib.
Prezidentin sərəncamı ilə Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə "Qarabağ" ordeni ilə təltif edilib.
Bundan başqa, o, "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.
Bir ildən çox idi ki, ehtiyata çıxmışdı.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1162 Tarix: 26 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -
15 oktyabrÜrək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı
Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis
16 oktyabrMəktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör
16 oktyabrƏhalinin son sayı - Açıqlandı
İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə
16 oktyabrBU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə
15 oktyabrHeç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran
14 oktyabr