"Azəriqaz": Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO
"Bu ilin əvvəlində dövri yoxlama müddəti bitən qaz sayğaclarının sayı 650 minə yaxın olub. Artıq 250 min qaz sayğacı əvəz olunaraq dövlət yoxlamasına göndərilib."
Sonxeber.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov "Açıq qapı" aksiyasında bildirib. Qurum rəsmisi qeyd edib ki, bu il qaz sayğacında kənar müdaxilə hallarında xeyli azalmalar müşahidə olunub ki, bu da sevindirici haldır. "2020-ci ildə 13 000, 2021-ci ildə 20 800, bu il isə 8 900 ədəd çıxarılan qaz sayğaclarında kənar müdaxilə halları aşkarlanıb. Demək olar ki, iki dəfə azalıb. Eyni zamanda, ötən ildən başlayaraq qaz sayğaclarının şəffaf qutularda yerləşdirilməsi həyata keçirilir. Bu şəffaf qutular həm zərbəyə davamlıdır, həm də sayğacın kənar müdaxilədən qorunmasını təmin edilir. Şəffaf qutu quraşdırıldıqdan sonra hər iki hissədən möhürlənir. Bu işlərin nəticəsində ötən ildən artıq qaz sayğaclarına olan müdaxilələr ciddi şəkildə azalıb", - deyə şöbə rəisi qeyd edib.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev cari ilin yanvar-oktyabr aylarını əhatə edən bir sıra statistik məlumatları media nümayəndələrinin diqqətinə çatdırıb. Aparılan qazlaşma işlərindən söz açan qurum rəsmisi artıq 14 kənd və 38 yaşayış massivində işlərin tam yekunlaşdığını, 39 kənd və 23 yaşayış massivində isə tamamlanma işlərinin həyata keçirildiyini vurğulayıb. Şöbə rəisi görüş zamanı əhali istehlakçılarının 58,8 faizinin üçpilləli tarif sisteminin ilkin pilləsini, yəni 1200 m3 limitini keçmədiyini bildirib: "Bu da 1 milyon 441 min abonent deməkdir. Düşünürəm ki, bu, kifayət qədər normal rəqəmdir və ötən illə müqayisədə ciddi bir fərq var."
Ətraflı video materialda:


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 826 Tarix: 26 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -
15 oktyabrÜrək köçürülən gənc nahar edəndən sonra ölüb: Bir il sonra toyu olacaqdı
Azərbaycanda ilk dəfə meyit donorundan ürək transplantasiyası edilən Tovuz rayon sakini Rəşad Məmmədəliyev vəfat edib. xəbər verir ki, mərhumun yaxınlarının Baku TV-yə verdiyi məlumata görə, Rəşad Bakıya gedərkən Kürdəmir rayonundakı restoranlardan birində nahar etdiyi zaman qəfil halı pisləşib. O, hadis
16 oktyabrMəktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör
16 oktyabrƏhalinin son sayı - Açıqlandı
İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə
16 oktyabrBU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə
15 oktyabrHeç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran
14 oktyabr