Çay dəmləndikdən neçə müddət sonra faydalı xüsusiyyətlərini itirir?

Çay dəmləndikdən neçə müddət sonra faydalı xüsusiyyətlərini itirir?Çay olduqca faydalı müalicəvi içkidir - ürək-damar xəstəliklərindən, xərçəngdən qoruyur, beyinin fəaliyyətinə müsbət təsir göstərir, insanı daha gümrah edir, əmək qabiliyyətini artırır. Lakin bu faydalardan yararlanmaq üçün çayı düzgün dəmləmək və içmək lazımdır.

Sonxeber.az saglamolun.az-a istinadən bildirir ki, çayı şüşə, saxsı və ya çini çaydanda dəmləmək lazımdır. Dəmir çaydanlardan istifadə etməyin.
Suyu üzərinə çoxlu ağ qovuqcuqlar çıxana kimi dəmir çaydanda qaynadırlar. Su çox qaynadıqda çayın dadı olmur. Çayı dəmləyərkən bir neçə dəfə qaynadılmış sudan istifadə etmək tövsiyə edilmir.
Boş dəm çaydanını 3-4 dəfə qaynar su ilə yaxalayın. Sonra dəm çaydanına hər stəkan üçün bir çay qaşığı quru çay töküb yarıya qədər su tökün, çaydanın ağzını qapaqla bağlayıb üstünü dəsmalla örtün. Çay dəmləyərkən dəm çaydanını qazın üzərinə qoymaq olmaz.
Çay 5-7 dəqiqə ərzində dəmləndikdən sonra, çaydana axıra qədər qaynar su tökün. Əgər çayın üzərində köpüklər əmələ gəlibsə, deməli, çay düzgün dəmlənilib.
Çayı yalnız təzə halda, dəmləndikdən sonra 1 saat ərzində içmək olar. Daha sonra çayın faydalı xüsusiyyətləri kəskin şəkildə azalmağa başlayır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1703   Tarix: 01 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütün xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,

4 oktyabr
.

Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama

"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi

4 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

Spirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB

"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca

9 oktyabr
.

3 kiçik vərdiş ömrü 9 il uzada bilər

Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər. Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsin

14 oktyabr
.

Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab

İdmanla məşğul olmaq sağlamlıq üçün faydalıdır, lakin havanın çirkli olduğu ərazilərdə fiziki aktivlik zamanı orqanizm daha çox zərərli hissəcik qəbul edə bilər. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, mütəxəssislər ümumilikdə idmanın faydalarının hava çirkliliyinin yaratdığı risklərdən üstün olduğun

25 sentyabr
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

5 oktyabr
.

"Gözəllik yuxusu"nun sirləri: Səhər parlaq görünməyinizə kömək edəcək 7 axşam vərdişi

Təravətli və gümrah görünmək yalnız səhər yuxudan durduqdan sonra etdiklərinizdən ibarət deyil; hər şey bir gecə əvvəl, axşamkı baxım rutininizlə başlayır. Qaynarinfo xəbər verir ki, "HuffPost"un məlumatına görə, yatmazdan əvvəlki bu vərdişlər parlaq dəri və gözəl saçlara sahib olmağınıza

6 oktyabr