Naxçıvanda nə baş verir?

Naxçıvanda nə baş verir?Azərbaycan dövlətinin daxili siyasətində korrupsiya ilə mübarizə, dövlət vəsaitinin mənimsənilməsi hallarının qarşısının alınması kimi amillər mühüm yer tutur. Ölkəmizdə xüsusən son illərdə bu sahədə atılan addımlar aydın şəkildə müşahidə olunur və əhali tərəfindən də təqdir olunur.

Bu prosesin məntiqi davamı isə hazırda Naxçıvan Muxtar Respublikasında müşahidə olunur. Burada baş verən həbslər də digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir. Birmənalı olaraq qeyd edə bilərik ki, bu proses qanunauyğun şəkildə inkişaf edib və arxasında hansısa siyasi çalar axtarmaq heç bir anlam ifadə etmir.

Məsələnin mahiyyətinə varmaq üçün Azərbaycanın korrupsiya ilə mübarizəsinin yaxın keçmişinə baxmaq kifayət edir. Belə ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevin dövründən qalma oturuşmuş korrupsiya sistemi Naxçıvanda da özünə yer tapmağı bacarıb. Bu mənada həmin sistemin mütləq şəkildə məhvi və qalıqlarının aradan qaldırılması üçün cəza tədbirlərinin istiqamətinin Naxçıvana yönəldilməsi olduqca məntiqli ssenaridir.

Elə Naxçıvanla bağlı aparılan araşdırmalar nəticəsində muxtar respublikaya gətirilən mallarda külli miqdarda gömrükdən yayınma hallarının ortaya çıxması da müvafiq tədbirlərin istiqamətinin olduqca dəqiq seçildiyini göstərir.

Bir sıra statistik məlumatların təhlili də onu göstərir ki, Naxçıvanda Səfər Mehdiyevin dövründən qalma korrupsiya sisteminin fəaliyyəti olduqca geniş vüsət alıb. Məsələn, qeyd etmək lazımdır ki, Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki rəqəmlərdən 10 faiz az göstərilib. Bu 10 faizlik "kəsr" isə Naxçıvan gömrüyündəki qeyri-qanuni fəaliyyətlərin nəticəsi, yeyinti halları ilə bağlı olub. Hər il Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ümumilikdə 500 milyon manat dotasiya verilir. Naxçıvanın öz gəliri isə 180 milyon manat olaraq göstərilir. Son hadisələr isə bu rəqəmin reallıqdan olduqca uzaq olduğunu ortaya qoyur. Çünki təkcə gömrükdə 100 milyon manatdan artıq yeyinti, mənimsəmə faktının olduğunu nəzərə alsaq, ümumi yeyintinin səviyyəsini də təxmin etmək mümkündür.

Odur ki, qurulmuş korrupsiya sisteminə həlledici zərbə vurulması və günahkarların cəzalandırılması birmənalı olaraq siyasi proseslərdən kənar olmaqla yanaşı, ölkəmizdə dövlət başçı İlham Əliyevin nəzarətində aparılan korrupsiya ilə mübarizə tədbirlərinin məntiqi davamı və önəmli mərhələsidir.

Bu prosesin final mərhələsi isə Azərbaycanda korrupsiya sisteminin bütün qalıqlarının təmizlənməsi ilə baş verəcək və ona qədər istər Naxçıvanda, istərsə də ölkəmizin digər regionlarında cinayətkarlar, korrupsiyaya bulaşmış şəxslər, dövlət vəsaitlərini mənimsəyənlər dövlətin sərt üzü ilə qarşılaşmağa davam edəcəklər.

Sirr deyil ki, Azərbaycan dövlətinin uğurlu inkişaf və tərəqqi yolunda ölkəmizin bütün regionlarına zəruri diqqət və qayğı birmənalı olaraq göstərilir. Qeyd etmək lazımdır ki, bu gün Naxçıvanda aparılan quruculuq, tikinti, abadlıq işləri, əhalinin rifahının artırılmasına yönəlmiş bütün tədbirlər Prezident İlham Əliyevin yürütdüyü siyasətin məntiqi nəticəsidir. Buna görə də, Naxçıvan MR-ə dövlət büdcəsindən lazımi qədər vəsait ayrılır, xalqın rifah halının yüksəldilməsi üçün dövlət öz üzərinə düşən öhdəliklərə böyük həssaslıqla yanaşır.

Belə olan halda isə sui-istifadə, korrupsiya və mənimsəmə hallarına yol verilməsi hallarının dövlət tərəfindən ən sərt şəkildə cəzalandırılması prosesi davam edəcək.

Əminliklə deyə bilərik ki, Naxçıvanda baş verənlər ayrıca bir proses olaraq qiymətləndirilməməli, ölkədə aparılan korrupsiya ilə mübarizə tədbirlərinin mühüm mərhələsi kimi nəzərdən keçirilməlidir. Belə olan halda isə digər dövlət qurumları kimi Dövlət Gömrük Komitəsinin də Naxçıvanda birbaşa tabeliyində olan idarə formalaşdırmasının zəruri və normal praktika olduğu reallığı qarşımıza çıxır.

İstənilən halda Azərbaycan dövləti öz maraqlarının və xalqının hüquqlarının müdafiəçisi kimi ölkə daxilində zəruri tədbirləri davam etdirəcək. "Naxçıvanda nə baş verir?" sualının cavabı da məhz birmənalı olaraq budur. Prosesdə siyasi məqamlar axtarmaq əbəsdir, Naxçıvanda da Azərbaycanın digər bölgələrində olduğu kimi çirkaba batmış üzvlərin təmizlənməsi, korrupsiya sisteminin dağıdılması, mənimsəmə hallarının qarşısının alınması ölkəmizin ümumi inkişafına və sağlam gələcəyin inşasına yönəlmiş addımlardır.//oxu.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10498   Tarix: 01 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

15 oktyabr
.

BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?

Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə

15 oktyabr
.

QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib

Bakıda QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib. Okyabrın 13-də Azərbaycan Milli QHT Forumunun konfrans zalında "QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası" mövzusunda təlim keçirilib. Təlim "İnformasiya və Sosial Təşəbbüslər

15 oktyabr
.

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -

15 oktyabr
.

Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı

Azyaşlı qızları ərə vermək ənənə deyil, uşağın taleyinə müdaxilədir. Məktəb yaşında bir uşağı ailə məsuliyyətinə, erkən hamiləliyə və mümkün zorakılığa sürükləyib sonra bunu adət, ailə qərarı və ya dini dəyərlərlə izah etmək problemin mahiyyətini gizlətməkdən başqa bir şey deyil. İran, Əfqanıstan v

14 oktyabr
.

"Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"

"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql

14 oktyabr
.

Aprelin 1-dən kartdan karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti

14 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr
.

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"

15 oktyabr