Bakıda uşaq evi bağlandı, 10 yaşlı qız küçədə qaldı
Bakıda küçələrdə gecələyən azyaşlı qız sığınacağa yerləşdirilib.
Lent.az xəbər verir ki, 10 yaşlı Məsumə bir müddət Suraxanı rayonu ərazisində küçədə gecələyib. Məlumata görə, onun anası ölüb, atasının isə kimliyini bilmir.
Anası öləndən sonra uşaq evlərindən birində qalıb. Həmin uşaq evi bağlandıqdan sonra isə bir il ərzində küçələrdə zibil yığan, tanımadığı qadınla yaşayıb. O da öləndən sonra azyaşlı küçələrdə gecələməyə məcbur olub.
Qızcığaz Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanıb. Tapılarkən onun baş və bədənində xəsarətlər də müəyyən edilib. Buna görə Suraxanı RPİ-nin 31-ci Polis Bölməsində araşdırma başlanıb.
Onu da qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsi ilə müxtəlif QHT-lər birgə əməkdaşlıq edirlər. Belə ki, onlar arasında "Whatsapp" qrupu yaradılıb. Həmin qrup vasitəsilə küçədə yaşayan uşaqlarla bağlı məlumat verilir və lazımi tədbirlər görülür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1594 Tarix: 02 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər
Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb. -a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə ort
14 oktyabrMüşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların
14 oktyabrSabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15 oktyabrHeç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Dövlətçilik, dünyəvi təhsil və maarifçilik milli gələcəyimizin müzakirə mövzusu deyil, qorunmalı və yaşadılmalı olan əsas dəyərlərdir. Tarix hər bir xalqa zaman-zaman seçim qarşısında qalmaq sınağı yaşadır: cəmiyyətin gələcəyini sağlam düşüncə, elm və hüquq üzərində qurmaq, yoxsa fərdi iddiaların, kor-koran
14 oktyabr