Moskvada Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edildi - FOTO

Moskvada Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edildi - FOTOMoskvadakı Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Auditoriyasında Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edilib.

Rusiyanın paytaxtı Moskvada Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir keçirilib.

Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Filologiya fakültəsinin Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Auditoriyasında baş tutan yubiley tədbiri "Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti" regional ictimai təşkilatının dəstəyi ilə gerçəkləşdirilib.

Tədbirdə yubilyarın nəvələri Fuad Pepinov və Aytən Pepinova, filologiya fakültəsinin dekan müavini Nikolay Bandurin, rus və xarici ədəbiyyat kafedrasının müdiri, professor Aleksandr Kovalenko, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi, Əhməd bəy Ağaoğlu Fondunun direktoru Nigar Axundova, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Aygün İmanova, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) məsul katibi Ceyhun Hüseynov, Azərbaycan və Ahıska türklərinin diaspor təşkilatları, jurnalistlər və universitetin tələbələri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan RXDU Filologiya fakültəsinin dosenti Anar Həsənov bildirib ki, Omər Fair Nemanzadəni haqlı olaraq XX əsrin birinci rübündə Azərbaycan cəmiyyətinin vicdanının təcəssümü olan maraqlarının fərdləşdirilmiş ifadəçisi hesab etmək olar. "Ömər Faiq Nemanzadə öz yaradıcılıq missiyasını əsl vətənpərvər məsuliyyəti ilə yerinə yetirib. Azərbaycan xalqının dəyərlərini öz yaradıcılığında təbliğ edib. O, bütün müsəlman Şərqində məşhur olan "Molla Nəsrəddin" satirik jurnalının həmtəsisçisi olmaqla milli jurnalistikanın formalaşmasında və inkişafında mühüm xidmətlər göstərib. Vətənə sədaqətin nümunəsi olub", – deyə A.Həsənov vurğulayıb.

Məruzəçi qismində çıxış edən tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi görkəmli ədibin ictimai-siyasi baxışlarına, geniş maarifləndirici və publisistik fəaliyyətina diqqəti cəlb edib, onun çoxşaxəli yaradıcılığından parlaq nümunələr gətirib. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibinin doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə apardığını xatırladıb.

Azərbaycanlı alim əlavə edib ki, bu il Bakıda Ö.F.Nemanzadənin anadan olmasının 150 illiyinə həsr olunmuş müxtəlif tədbirlər keçirilməkdədir. Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Auditoriyasında təşkil edilən xatirə gecəsi isə bu tədbirlərin arasında xüsusi yer tutacaq. Çünki bu mədəni hadisə istər Rusiyada yaşayan həmvətənlərimiz, istərsə də Rusiyanın nüfuzlu universitetinin professor-müəllim və tələbə heyəti arasında tanınmış Azərbaycan xadimi və ədibinin şəxsiyyətinə olan marağın sübutudur.

Tədbirdə çıxış edən professor Aleksandr Kovalenko, professor Kamran Rüstəmov və "Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyəti" regional ictimai təşkilatının sədri Elşən İbrahimov Azərbaycan ədibinin şəxsiyyətini kifayət qədər təhlükəli bir dövrdə satira janrına üz tutan cəsur şəxsiyyət kimi səciyyələndiriblər. Azərbaycançılıq məfkurəsinin Ömər Faiq Nemanzadənin publisistik irsinin başlıca leytmotivini təşkil etdiyini, bu cür maarifləndirici tədbirlərin həm Azərbaycan diasporunun nümayəndələri, həm də gənc filoloqlar, alimlər və tələbələr üçün əhəmiyyətini nəzərə çatdırıblar.

Babasının xatirəsinə nümayiş etdirilən yüksək ehtirama görə Fuad Pepinov ailələri adından təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib. "Əsas məqsədi Azərbaycan jurnalistikasının banilərindən birinin, xalq ziyalısının nümayəndəsinin xatirəsini yaşatmaq olan gecənin keçirilməsi müasir dövrümüzdə çox aktualdır. Bu, milli jurnalistika tarixi, gənc nəslin vətənpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi baxımından böyük əhəmiyyət kəsb edir", – deyə o, qeyd edib.

Moskva vilayəti azərbaycanlıları milli-mədəni muxtariyyəti adından Bakıdan bu tədbirdə iştirak etmək üçün gəlmiş S.Rüstəmova-Tohidiyə təşəkkür plaketi təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il "Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb.
Moskvada Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edildi - FOTOMoskvada Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edildi - FOTOMoskvada Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edildi - FOTOMoskvada Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edildi - FOTOMoskvada Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edildi - FOTOMoskvada Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edildi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1005   Tarix: 07 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14 oktyabr
.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video

Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl

15 oktyabr
.

İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?

Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu

14 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr
.

Sosial şəbəkələr İqtisadi itkilər və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski

Rolan Məmmədlinski. Reklam mütəxəssisi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət və məlumat mübadiləsi vasitəsi deyil, həm də ölkələrin iqtisadiyyatına, informasiya təhlükəsizliyinə və milli suverenliyinə təsir göstərən güclü alətə çevrilib. Bu platformaları

14 oktyabr
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14 oktyabr
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhə

14 oktyabr
.

Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri

Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan

14 oktyabr