Azərbaycanda nazirliyin qayığına benzin töküb yandırdılar: Xəsarət alanlar var - TƏFƏRRÜAT
Mingəçevirdə rəsmilərə qarşı zor tətbiq edən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Sonxeber.az-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.
Belə ki, sentyabrın 20-də Mingəçevir şəhəri ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioloji müxtəlifliyin qorunmasına nəzarət qrupunun baş mütəxəssis yegeri vəzifəsində işləyən Bəhruz Mustafayevə və nazirliyin Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində matros vəzifəsində işləyən Toğrul Rəhimliyə qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
İstintaqla müəyyən edilmişdir ki, Mingəçevir şəhər sakini Şaban Məmmədov qeyd edilən tarixdə "Kür" çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə quraşdırdırdığı balıq torlarına qayıqla nəzarət edərkən Bəhruz Mustafayev və Toğrul Rəhimli xidməti istifadələrində olan qayıqla yaxınlaşaraq ona qanunvericiliyin tələbini izah etməklə, barəsində inzibati protokol tərtib ediləcəyini nəzərinə çatdırdıqda Şaban Məmmədov qayıqda olan benzin məhlulunu götürüb nazirliyin balansında olan qayıqa töküb alışqanla yandırıb, nəticədə Bəhruz Mustafayev və Toğrul Rəhimli müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Şaban Məmmədov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1826 Tarix: 08 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların
14 oktyabrSumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video
Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl
15 oktyabrRəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün
15 oktyabrBakıda "Kəlağayı" yürüşü - Video
Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib
14 oktyabrBakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhə
14 oktyabrMəktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri
Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan
14 oktyabr