Bakıda evə basqın: 100 min manatlıq pul və qızıl oğurlandı
Bakıda evə basqın edərək 100 min manatlıq pul və qızıl aparmaqda şübhəli bilinən şəxslər tutulub.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 7-si saat 05 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində "Volkswagen" markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Yoxlama zamanı sürücünün Ağdam rayon sakini Orxan Musəvi olması və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən olunduğundan ona nəqliyyat vasitəsini müvəqqəti duracağa aparılması deyilib. Bu zaman avtomobildə olan sərnişinlər - Cəbrayıl rayon sakini İlqar Xəlilov və Ağdam rayon sakini Həsən Əliyev özlərini şübhəli apardıqlarından polis əməkdaşları onları da portal vasitəsi ilə yoxlayıb.
Yoxlama zamanı O.Musəvinin və İ.Xəlilovun Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olmaları müəyyən olunub. Onlar saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Kürdəmir Rayon Polis Şöbəsində onların üzərinə baxış zamanı İ.Xəlilovdan 6 007 ABŞ dolları və 996 manat, O.Musəvidən 6 200 manat pul, H.Əliyevdən isə narkotik vasitə aşkar olunaraq götürülüb.
Araşdırmalarla O.Musəvi və İ.Xəlilovun noyabrın 21-də paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birində ev sahibindən 80 000 manat pul və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə almaları da müəyyən olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1568 Tarix: 08 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların
14 oktyabrSumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video
Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl
15 oktyabrRəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün
15 oktyabrBakıda "Kəlağayı" yürüşü - Video
Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib
14 oktyabrBakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhə
14 oktyabrMəktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri
Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan
14 oktyabr