"Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi mədəniyyətlərarası dialoqa öz töhfəsini verəcək" - Aydın Hüseynov

"Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi mədəniyyətlərarası dialoqa öz töhfəsini verəcək" - Aydın Hüseynov"Şuşa şəhəri Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən olub. Uzun illər Qarabağ xanlığının paytaxtı olan və əsas müdafiə qalası missiyasını yerinə yetirən Şuşa daim mədəniyyətimizin çiçəkləndiyi şəhər kimi tanınıb. Sənətkarlığın və incəsənətin müxtəlif sahələrinin inkişafı nəinki Azərbaycanın Qarabağ bölgəsinin, bütövlükdə ölkəmizin tərəqqisində mühüm rol oynayıb, şöhrətinə şöhrət qatıb. Türk dünyasının tərkib hissəsi olan Azərbaycan xalqına məxsus olan milli mədəni irs eyni zamanda ümumilikdə türk mədəni irsinə də daxildir. Şuşa qalası orta əsr türk şəhərsalma mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirir. Bu baxımdan Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşa bütövlükdə türk mədəniyyətinin də paytaxtı sayılır. Cənab Prezidentin Sərəncamı ilə "Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi bu şəhərin bütün türk və islam dünyası üçün zəngin mədəni-tarixi irs, əvəzolunmaz sənət məbədi olmasını təsdiqləyir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, Şuşa təkcə Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına deyil, dünya incəsənətinə misilsiz töhfələr vermiş görkəmli şəxsiyyətləri ilə məşhurdur:

"Əbdürrəhim bəy Haqverdiyev, Əhməd bəy Ağaoğlu, Firudin bəy Köçərli, Xurşudbanı Natəvan, Qasım bəy Zakir, Molla Pənah Vaqif, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli kimi şəxsiyyətlərin beşiyidir. Şuşa Şərqin konservatoriyasıdır. Bülbül, Cabbar Qaryağdıoğlu, Fikrət Əmirov, Xan Şuşinski, Mir Mövsün Nəvvab, Rəşid Behbudov, Sadıxcan, Seyid Şuşinski kimi incəsənət xadimini yetişdirmiş sənət məbədidir. Erməni terrorçuları bu zəngin möhtəşəm irsi silmək üşün 30 ilə yaxın mədəni soyqırım aparsa da, Şuşanın qədim tarixi-mədəni irsinin unutdurmaq mümkün olmayıb. 1992-ci ildən 2020-ci ilədək Ermənistanın işğalı altında qalan Şuşa şəhərində tarixi-mədəni abidələr, o cümlədən məscidlər, təhsil müəssisələri, kitabxana və muzeylər dağıdılıb, talan edilsə də, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən Şuşanın düşmən işğalından qurtarılmasından sonra böyük quruculuq, bərpa işləri başlanılıb. Şuşanın öz möhtəşəm tarixi siması özünə qaytarılır. Şuşa zəngin mədəniyyət və tarixi sənət abidəsi kimi Türk və islam dünyasının doğma ünvanına çevrilir".

A.Hüseynov bildirib ki, "Şuşa bu gün yenidən qurulur, mədəni və dini irsi bərpa olunur, öz tarixi siması özünə qayıdır:

"Son 2 ildə burada festival və konsertlərin, sərgilərin keçirilməsi, "Xarı bülbül" festivalı və Vaqif poeziya günlərinin təşkil edilməsi, dünyanın müxtəlif ölkələrin nümayəndə heyətlərinin səfərləri Şuşanın beynəlxalq ictimaiyyət üçün zəngin mədəniyyət simasını nümayiş etdirir. Şuşa öz möhtəşəm tarixi ənənələri və mədəniyyəti ilə yenidən dünya mədəniyyətinə və sənətinə öz zəngin, füsunkar töhfələrini verəcək. 2023-cü ildə Türk dünyasının mədəniyyətinin paytaxtı kimi silsilə tədbirlər ev sahibliyi etməklə Şuşa Türk, İslam mədəniyyətinin xüsusiyyətlərini dünyaya nümayiş etdirəcək, keçmiş və gələcək arasında tarixi körpü olmaqla mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə təsir edəcəkdir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1379   Tarix: 08 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14 oktyabr
.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video

Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl

15 oktyabr
.

İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?

Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu

14 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr
.

Sosial şəbəkələr İqtisadi itkilər və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski

Rolan Məmmədlinski. Reklam mütəxəssisi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət və məlumat mübadiləsi vasitəsi deyil, həm də ölkələrin iqtisadiyyatına, informasiya təhlükəsizliyinə və milli suverenliyinə təsir göstərən güclü alətə çevrilib. Bu platformaları

14 oktyabr
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14 oktyabr
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhə

14 oktyabr
.

Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri

Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan

14 oktyabr