Generallar "Nərmin işi" ilə bağlı məhkəməyə çağırıldı

Generallar "Nərmin işi" ilə bağlı məhkəməyə çağırıldıTovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir.

Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, ötən gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov, eləcə də bu cinayət işinin istintaqını aparmış Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Nadir Mirzəyevin məhkəməyə çağırılması tələb olunub. Bu barədə azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun vəkilləri dekabrın 7-də məhkəmədə vəsatət qaldırıblar.

Vəkil Zabil Qəhrəmanov bildirib ki, cinayət işinin materiallarından müstəntiqin İlkinin telefonunu tədqiq etmək üçün Arzu Daşdəmirova verdiyi görünür: "Birincisi, tədqiqatın nəticəsi yoxdur. İkincisi, Arzu Daşdəmirov telefonla bağlı hansı xüsusi biliklərə malikdir ki, müstəntiq tədqiq üçün İlkinin telefonunu ona təqdim edir?"

Məlumat üçün bildirək ki, "Nərmin işi"ndə İlkin Süleymanova qarşı əsas sübutlardan biri onun telefonudur. İddia olunur ki, İlkinin telefonunda müxtəlif vaxtlarda "youtube"da cizgi filmlərinə baxış olub. İş materiallarında rəy də var ki, o telefonda intim xarakterli fotolara, videolara da baxılıb.

İlkinin vəkilləri deyir ki, o, 6 yanvar 2020-ci ildə, axşam saat 20.00 radələrində saxlanılıb və telefonu əlindən alınıb. O vaxtdan da telefonuna müxtəlif formada müdaxilələr edilib. Telefonda müxtəlif sayt və şəbəkələrə daxil olaraq saxta sübutlar yaratmağa cəhd göstərilib. Vəkillərin sözlərinə görə, Süleymanov 8 yanvarda müstəntiq qarşısında ifadə verərkən intim xarakterli videoya baxılması haqda ekspert rəyində yazılanlar da bunu sübut edir. Belə ki, ekspertlər də telefona müdaxilə edildiyini daha əvvəl təsdiqləyiblər.

Ötən prosesdə vəkillər ATV telekanalının aparıcısı Zaur Baxşəliyevin dindirilməsini istəmişdi. Belə ki, aparıcı yanmış meyit tapılandan bir gün sonra efirdən səsləndirmişdi ki, baş nahiyəsinə dəmir parçasıyla 5 zərbə endirilib, həm də 5 gün öncədən öldürülüb. Müdafiəçilər deyib ki, fevralda verilmiş rəyi, yanvarın 8-də Zaur Bəxşəliyevə kim demişdi?! Nərminin atası Şərif Quliyev bildirib ki, Zaur yanvarın 7-də onunla telefonla əlaqə saxlayıb, məlumatları aparıcıya o verib. Məhkəmə Zaur Baxşəliyevi çağırıb dindirməyə razılıq verməyib.

Generalların çağırılıb dindirilməsi məsələsi isə açıq qalıb.

Qeyd edək ki, Kamal Qılıcov Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (general-mayora bərabər tutulan xüsusi hərbi rütbə), DİN-in Baş Cinayət-Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirov isə polis general-mayorudur.

Proses dekabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, 10 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib. Azyaşlını oğurlayıb qətlə yetirməkdə ittiham olunan 48-yaşlı İlkin Süleymanov tutulub. Lakin o, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini deyir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1889   Tarix: 08 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14 oktyabr
.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video

Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl

15 oktyabr
.

İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?

Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu

14 oktyabr
.

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün

15 oktyabr
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr
.

Sosial şəbəkələr İqtisadi itkilər və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski

Rolan Məmmədlinski. Reklam mütəxəssisi. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət və məlumat mübadiləsi vasitəsi deyil, həm də ölkələrin iqtisadiyyatına, informasiya təhlükəsizliyinə və milli suverenliyinə təsir göstərən güclü alətə çevrilib. Bu platformaları

14 oktyabr
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14 oktyabr
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhə

14 oktyabr
.

Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri

Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan

14 oktyabr