Azərbaycanda vəzifəli şəxs zibilliyə görə CƏZALANDIRILDI - FOTO
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirirlər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 5-də və 6-da Bakı şəhəri və Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbirlər zamanı Nəsimi rayonunun Cavadxan küçəsi 54 ünvanında 3 ağacın məhv edilməsi aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 253.2-ci (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi və ya məhv edilməsi) maddəsinin tələblərini pozduğuna görə vətəndaş Ş.Ələkbərova barəsində inzibati protokol tərtib edilib.
Xəzər rayonu ərazisində keçirilən tədbir zamanı Şüvəlan qəsəbəsi, çöllük ərazidə "KamAZ" markalı avtomobildən tullantıların boşaldılması və qalaqlanması, Abşeron rayonu ərazisində keçirilən tədbir zamanı isə Aşağı Güzdək qəsəbəsi ərazisində sənaye, məişət və digər qarışıq tullantıların qalaqlanması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə "KamAZ" markalı avtomobilin sürücüsü S.Süleymanov və Aşağı Güzdək bələdiyyəsinin sədri S.İmamverdiyev barəsində inzibati protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1501 Tarix: 08 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların
14 oktyabrSumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video
Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl
15 oktyabrRəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün
15 oktyabrBakıda "Kəlağayı" yürüşü - Video
Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib
14 oktyabrBakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhə
14 oktyabrMəktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri
Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan
14 oktyabr