"Ulu öndər Heydər Əliyev dövlətimizi yenidən əsarət altına düşməkdən xilas etdi" - Emil Əkbərov
"Ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycana və onun inkişafına, tərəqqisinə həsr edən dahi şəxsiyyətdir".
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov deyib.
Emil Əkbərov qeyd edib ki, 90-cı illərin əvvəllərində, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalıqın tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev dövlətimizi yenidən əsarət altına düşməkdən xilas etdi:
"Tarixi, adət-ənənələri, zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Qısa müddət ərzində ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi".
Emil Əkbərov vurğulayıb ki, Ulu öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanda xalq təsərrüfatının bütün sahələrində inkişaf başladı:
"Sənayedə, kənd təsərrüfatında, mədəniyyət sahəsində, incəsənət, kino, teatr, rəssamlıq və digər sahələrdə də intibah dövrü başladı. Təbii ki, bu Ulu öndər Heydər Əliyevin şəxsiyyəti, işgüzar fəaliyyəti və intellektual səviyyəsi ilə bağlı idi. Bu dövrdə görülən işlərin nəticəsində Azərbaycan ittifaq dövlətləri sırasında ən sürətlə inkişaf edən respublika oldu.
Ulu öndər Heydər Əliyevin həmin dövrdə gördüyü işlər məhz gələcəkdə Azərbaycanın müstəqil dövlət olmasına hesablanmışdı.Qısa vaxtda dövlət institutları formalaşdırıldı, iqtisadiyyat yenidən quruldu, nəhəng regional layihələrin icrasına başlanıldı. Ən önəmlisi isə, bugünkü möhtəşəm zəfərin təmin edilməsi üçün güclü ordu quruculuğuna start verildi.
Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.
Bu gün cənab prezident İlham Əliyev ümummilli lider Heydər Əliyev məktəbinin ən layiqli davamçısı kimi onun Azərbaycan dövləti ilə bağlı yarım qalan işlərini davam etdirdi. Belə ki, Ali Baş Komandan İlham Əliyev ərazi bütövlüyünümüzü bərpa edib, Azərbaycanı regionun ən güclü dövlətinə çevirdi. Bu gün regionda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir layihənin icrası mümkün deyil. Azərbaycan dünyada tanınan, sayılan və hörmət edilən bir ölkədir. Əminəm ki, Ulu öndər Heydər Əliyev həyatda olsaydı, cənab Prezident İlham Əliyevlə qürur duyardı.
Bu gün Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, Allahdan rəhmət diləyirəm. Azərbaycan xalqı var olduqca onun xatirəsi daim qəlbimizdə yaşayacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video