Bakıda evə basqın edən şəxslər saxlanıldı
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon ərazisində evlərdən birinə basqın edərək quldurluq əməli törədən dəstə üzvləri- Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Ramazan Kərimov dayısının evində külli miqdarda pul olması barədə digər qohumu Əli Vəliyevə məlumat verib və həmin maddi vəsaitin ələ keçirilməsini təklif edib.
Sonuncu isə tanışları Orxan Musəvi və İlqar Xəlilovla həmin mənzilə basqın etmək barədə razılığa gəlib. Ramazan Kərimov dəstə üzvlərinə dayısının və ailənin digər üzvlərinin səhər saatlarında evdən çıxdıqları, mənzildə isə ailənin böyük oğlunun tək qaldığı barədə məlmat verib. Noyabr ayının 21-də dəstə üzvləri həmin mənzilə özlərini poçt əməkdaşı kimi təqdim edərək daxil olublar. Onlar ev sahibinin oğlunun sifət nahiyəsinə yumruqla bir neçə dəfə vurub və əllərində olan bıçaqla sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etmək hədəsi ilə mənzilə basqın ediblər. Dəstə üzvləri daha sonra evdə olan 50 min dollar, 1900 manat və ümumi dəyəri 20 min manat olan qızıl-zinət əşyalarını ələ keçiriblər.
Ramazan Kərimov, Əli Vəliyev, Orxan Musəvi və İlqar Xəlilov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdrəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 858 Tarix: 10 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mossadın uzun illərdir Xameneini Tehranın kameraları ilə izləməsi məlum olub
İsrailin xarici kəşfiyyat orqanı Mossad uzun müddət İranın Ali Rəhbəri Əli Xameneinin yerdəyişmələrini nəzarətdə saxlaması məlum olub. "Daily Mail"a istinadən xəbər verir ki, İsrailin xarici kəşfiyyat orqanını Tehran şəhərinin müşahidə sistemlərinə kiber müdaxilə edərək Əli Xameneinin yerdəyişmələrin
3 martSabah ilin ilk Ay tutulması olacaq
Martın 3-də 2026-cı ilin ilk Ay tutulması olacaq. xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək. Tutulmanın makisumumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya
2 martAğamirzənin "müəllim" dediyi meyxanaçı QALİB OLDU - VİDEO
ATV-nin "Kəlmə-Kəlməyə" meyxana şousunda ¼ mərhələnin növbəti iştirakçısı məlum olub. xəbər verir ki, bu dəfə 1/8 mərhələdə meyxanaçılar Pərviz Həşimovla Tərlan Xəlilov üz-üzə gəlib. Gərgin keçən bu yarışda Tərlan həmkarı Pərvizi üstələyərək ¼ mərhələyə yüksəlib. Yarışmaya qonaq qismində qatıla
3 mart"Ev işi bacarıq məsələsidir, cinsiyyət yox" - AÇIQLAMA
Cəmiyyət dəyişir, texnologiya inkişaf edir, qadınlar təhsildə və karyerada daha fəal rol alır. Amma maraqlıdır ki, bir çox ailədə yemək bişirmək, ev yığışdırmaq, uşağa baxmaq kimi məişət işləri hələ də avtomatik şəkildə qadının "məsuliyyəti" kimi qəbul olunur. Bu bölgü yazılmamış qayda kim
2 martSabah yağış yağacaq
Azərbaycanda martın 4-də bəzi yerlərdə hava yağıntılı keçəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərd
3 mart"Piylənmənin əsas səbəblərindən biri də stressdir" - PSİXOLOQ
Son illər həm uşaqlar, həm də böyüklər arasında piylənmə halları sürətlə artır. Mütəxəssislər bildirirlər ki, artıq çəki problemi təkcə qeyri-sağlam qidalanma və hərəkətsiz həyat tərzi ilə bağlı deyil, eyni zamanda psixoloji faktorlar da bu prosesdə mühüm rol oynayır. Stress, emosional gərginlik və ailədaxil
2 martBakının bu ərazilərində işıq olmayacaq
Bu gün Bakının Sabunçu rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə -a "Azərişıq" ASC-dən bildirilib. Məlumata görə, Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 1
3 martİlin ilk Ay tutulması BAŞLADI
2026-cı ilin ilk Ay tutulması hadisəsi başlayıb. xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək: "Tutulmanın maksimumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır v
3 mart