İranda etirazlar: 23 yaşlı gəncin edamı əks effekt verdi, Fərəh Pəhləvi rejimi "qaniçən" adlandırdı

İranda etirazlar: 23 yaşlı gəncin edamı əks effekt verdi, Fərəh Pəhləvi rejimi "qaniçən" adlandırdıİranda etirazların ikinci dalğası başlanıb.

Qaynarinfo xəbər verir ki, sentyabrın 16-dan 22 yaşlı Məhsa Əminin polis bölməsində ölümü ilə küçələrə çıxan xalq indi 23 yaşlı Mohsen Şekarinin edam olunmasına sərt təpki göstərir.

İranın böyük şəhərlərində insanlar küçələrə çıxaraq, ən müxtəlif formalarda Mohsen Şekarinin edam olunmasına etirazlarını bildirirlər.

İranın tanınmış incəsənət və mədəniyyət xadimləri, idmançılar da Mohsen Şekarinin edam olunmasını pisləyiblər.

Müşahidələr göstərir ki, Mohsen Şekarini edam etməklə ölkədə qorxu mühiti yaratmağa çalışan teokratik rejim əks effektlə üzləşib. İnsanlar qorxmadan hətta Şekarinin saxlanıldığı küçədə aksiyalar keçirir.

Bu arada İslam inqilabı nəticəsində devrilən İran şahı Rza Pəhləvinin xanımı Fərəh Pəhləvi Mohsen Şekarinin edamına münasibət bildirib. Onun olaya reaksiyası kifayət qədər sərt olub. O, İran hakimiyyətini "qaniçən" və "gənclərin qatili" adlandırıb.

Fərəh Pəhləvi həmçinin bildirib ki, İran hakimiyyəti aksiyalarda təhülkəsizlik qüvvələri tərəfindən törədilən qətlləri ört-basdır etmək üçün ölənlərin yaxınlarını saxta etiraflara məcbur edir.

Analitiklərin fikrincə, İran hakimiyyəti 23 yaşlı gənci edam etməklə xalqın qəzəbini daha da coşdurub. Onlar hesab edir ki, bəlkə də Məhsa Əminin ölümü ilə bağlı etirazlar tədricən səngiyə bilərdi. Amma artıq xalqı dayandırmaq olmayacaq.

Analitiklər deyir ki, İran hakimiyyətinin edamlara, aksiyalarda törədilən qətllərə bəraət qazandırmaq üçün atdığı addımları birmənalı şəkildə əks-effekt verir.

Almaniyada mühacir həyatı yaşayan iranlı hüquqşünas Nağı Mahmudinin fikrincə, İran hakimiyyəti artıq istefa barədə düşünməlidir.

"Artıq xalqın etimadını tamamilə itiriblər. Heç bir təhdid, təzyiq, yaxud islahat xarakterli addımlar prosesin qarşısını ala bilməyəcək. İran xalqına tam aydındır ki, din pərdəsi altında zülmkar bir hakimiyyətin girovuna çevriliblər. Onlar girovluqdan azad olmaq istəyirlər, bunda israrlıdırlar və mən inanıram ki, bu azadlığa qovuşacaqlar", - Nağı Mahmudi bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2093   Tarix: 10 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021