70 yaşlı əmək qəhrəmanı ulu öndərlə bağlı xatirələrini bölüşdü - VİDEO
Uzun illər Biləsuvarın "Oktyabr" kolxozunda sürücü-mexanizator işləyən Zəri Qurbanovanın əməksevərliyi ilə qazandığı mükafatları saymaqla bitməz. Evinin dörd bir tərəfini bəzəyən fəxri fərmanlar, medallar, haqqında yazılan oçerklər. Hətta onun fotosu dövrün yeganə qadın dərgisi olan "Azərbaycan qadını" jurnalının üz qabığında yer alıb.
Zəri Qurbanovanın sözlərinə görə, o, rayonda ilk sürücü-mexanizator olub:
"Deyirdilər ki, bu, qadın sənəti deyil, get özünə iş tap. Dedim ki, mən işimi tapmışam, başqa işə ehtiyacım yoxdur".
Hazırda təqaüdçü olan, yaşı 70-i ötən əmək qəhrəmanı indi də dəvət edildiyi tədbirlərə orden və medallarını taxaraq gedir. Əldə etdiyi nailiyyətlərə görə isə ulu öndər Heydər Əliyevə borclu olduğunu bildirir.
Onu da qeyd edir ki, hər il olduğu kimi, bu il də öz əlləri ilə becərdiyi tər qızılgüllərlə ulu öndərin anım günündə rayon mərkəzində ucalan abidəni ziyarət edərək, o illərin xatirəsini bir daha yaşadacaq.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 854 Tarix: 12 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15 oktyabrAprelin 1-dən kartdan karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi
Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti
14 oktyabrBakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhə
14 oktyabrBakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba
15 oktyabr