Ehtiyatda olan mayorun anası: "Range Rover"in sürücüsü tıxacda siqnal verib, sonra oğlumu döyüb"
Bir neçə gün öncə Bakıda yol vermək üstündə sürücülər arasında dava olub.
Sürücülərdən biri Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan mayoru Vurğun Əbilova küt alətlə xəsarət yetirmiş, o, xəstəxanaya yerləşdirilmişdi.
Məsələ ilə bağlı V.Əbilovun anası Kəmalə Yusifova "Qafqazinfo"ya bildirib ki, oğluna xəsarət yetirən şəxs "Range Rover" markalı avtomobili idarə edib:
"Yolda tıxac imiş. "Range Rover" oğlumun arxasındaymış, siqnal verib ki, yol ver. Oğlum da əli ilə işarə edib ki, qarşıda tıxacdır. Həmin sürücü buna əsəbiləşib. Düşüb, gəlib maşına çatan kimi küt alətlə oğlumun burnundan, sonra alnından vurub. Ağır xəsarətlər yetirib. Həmin vaxt maşında Vurğunun həyat yoldaşı və başqa bir qadın da olub. Hazırda Vurğun "Semaşko"da müalicə alır. Sağ gözü tor görür, beyni silkələnib.
Mənim oğlum qazidir, Vətən müharibəsində iştirak edib. Bu ilin apreldə Zəngilanda olarkən minaya düşüb. Sağ ayağı amputasiya olunub. Amma onu vuran şəxs buna məhəl qoymayıb".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsmisi Nurlan Əliyev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, hazırda araşdırma aparılır:
"Tərəflər arasında yaranan münaqişə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Polis tərəfindən bütün zəruri prosessual tədbirlər diqqət mərkəzində saxlanılmaqla icra olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video