"Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə edilməlidir" - Ayxan Hacızadə
"Laçın yolu Ermənistan tərəfindən istehsal olunan minaların qeyri-qanuni ötürülməsi, Azərbaycanın mineral ehtiyatlarının qeyri-qanuni istismarı üçün deyil, üçtərəfli bəyanatda razılaşdırıldığı kimi yalnız humanitar məqsədlər üçün istifadə edilməlidir".
Sonxeber.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə öz Tvitter hesabında yazıb.
"Bizim dövlət siyasətimiz çox aydındır. Qarabağ yaşayan ermənilər bundan sonra da Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar və Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunacaqlar. Bu, Azərbaycan Konstitusiyasında təmin olunub.
Ermənistanın "etnik təmizləmə" iddiaları yalandır. Laçın yolundan mülki əhalini hədəf alan silah və minaların daşınması üçün qəsdən istifadə edildiyi halda, yolların bağlanmasını "soyqırım"ın sübutu kimi dəyərləndirmək olmaz" ,- deyə o əlavə edib.
Qeyd edək ki, Rusiya sülhməramlılarının nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası üç gündür davam edir.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1312 Tarix: 14 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabr