Ukraynadakı uşaqların taleyi necə olacaq?

Ukraynadakı uşaqların taleyi necə olacaq?Dünyada baş verən müharibələr həm iqtisadiyyata zərbə endirir, həm insanların həyatlarını məhv edir. Rusiyanın 2022-ci ilin fevral ayında
Ukraynaya hücumu "Covid-19" böhranından yeni çıxan dünyaya bərpa olmağa mane oldu. Bu müharibənin qlobal iqtisadiyyata vurduğu ziyan gözlə görünən tərəflərdəndir. Lakin sonrakı illərdə özünü göstərəcək fəsadlar da mövcuddur. Məsələn, Ukraynadan xeyli sayda insanların məcburi köçürülməsi və ya müharibənin yaratdığı dözülməz şərait ucbatından ölkəni tərk etməsi, günahsız uşaqların ailələrindən ayrı düşməsi və güclü psixi travmaya məruz qalması onlardan bəziləridir.

Statistik məumatlara baxsaq, görərik ki, Ukrayna şəhərlərinə raket və artilleriya hücumları nəticəsində on minlərlə dinc sakin həlak olub, çoxlu sayda insan yaralanıb. 220 minə yaxın insan evini itirib. Milyonlarla vətəndaş işğal edilmiş və ya müharibədən zərər çəkmiş əraziləri tərk etmək məcburiyyətində qalıb. 8 milyon insan məcburi köçkünə çevrilib, 6,5 milyon adam Ukraynanı qaçqın kimi tərk edib.

Ukrayna Prezidenti Volodimir Zelenski də çıxışlarının birində bildirib ki, Rusiya həm böyükləri, həm də uşaqları zorla ölkədən aparır.

Ukraynadakı uşaqların taleyi necə olacaq?Onun sözlərinə görə, bu, Rusiyanın ən ağır hərbi cinayətlərindən biridir.

Rusiya ümumilikdə 200 mindən çox ukraynalı uşağı qaçırıb, onlar valideynlərindən ayrılıb və müharibə başlayandan bəri uşaq evlərində saxlanılıb.

Bəs burada məqsəd nədir?

Məqsəd Ukraynanı unutdurmaqdır, Ukrayna millətini məhv etməkdir. Uşaqların məcburi deportasiyası bir milləti yer üzndən silmək cəhdidir, bir növ soyqırımıdır.

Bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Sergey Dvornik də dəfələrlə danışıb.

"Rusiyaya zorla deportasiya edilmiş 1,4 milyon Ukrayna vətəndaşı arasında ən azı 230 min ukraynalı uşağın oğurlanması, müstəmləkəçiliyin müasir təzahürü olan, Ukrayna millətini gənc nəsillərindən məhrum etməklə məhvə yönəlmiş cinayətdir", - deyə o vurğulayıb.

Ukraynalı uşaqların Rusiyaya köçürülməsi barədə iyul ayında Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun özü də danışıb. Belə ki, işğal altındakı Donetskdə uşaq evində yaşayan 9 doğma bacı-qardaşı məcburi şəkildə Kursk və Rostova deportasiya ediblər, daha sonra isə yerli ailələrin himayəsinə veriblər. Qubernator bunu xeyirxah əməl kimi qələmə versə də, Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Dmitri Lubinets hesab edir ki, bunu etməklə Rusiya mülki şəxslərin müdafiəsi haqqında Cenevrə Konvensiyasının normalarını, beynəlxalq hüququ pozur və bu, Rusiya Federasiyasının Ukrayna xalqına qarşı soyqırım törətməsinin bariz nümunəsidir, çünki bir millətdən olan qrupun məcburi köçkünləşməsi soyqırımın birbaşa tərifidir,

"Rusiya əvvəlcə uşaqların valideynlərini və ailə üzvlərini mərmi ilə qətlə yetirərək, onları yetim qoyur, ailələrini deportasiya etməklə ayırır, şəhər və kəndlərdə məktəb və infrastrukturu məhv edərək uşaqları Vətənlərində oxuyub böyümək hüququndan məhrum edir, sonra da "xeyirxahlıqla" onları yad ölkədəki insanların qucağına atır", - deyə Lubinets vurğulayıb.

Sosial şəbəkələrdə bunları təsdiqləyən paylaşımlar az deyil.

Ukraynadakı uşaqların taleyi necə olacaq?Uşaqların fiziki və cinsi istismarına, müharibədən əziyyət çəkməsinə qarşı mübarizə aparan beynəlxalq təşkilatların əldə etdiyi məlumatlara görə, işğal edilmiş ərazilərdə yaşayan ukraynalı mülki şəxslər xüsusi hazırlanmış qatarlarda Rusiya Federasiyasının dərinliyinə və ucqar vilayətlərinə, ölkə daxilində təxminən 9000 kilometr uzağa daşınırlar.

Onlar əvvəlcə əsirlər kimi, yük maşınları ilə Ukrayna ilə həmsərhəd olan Rusiya ərazilərinə, daha sonra dəmir yolu ilə Taqanroqdan Xabarovska aparılırlar. Taqanroqda onlar əvvəl tranzit düşərgələrə, daha sonra ukraynalılar üçün hazırlanmış xüsusi düşərgələrə yerləşdirilirlər. Burada böyüklər və uşaqlar bir-birindən ayrılırlar. Bir sözlə, ukraynalı ailələr müəyyən mərhələdən sonra parçalanır, uşaqlar valideynlərindən ayrılır. Bu tədbirlər beynəlxlaq humanitar hüququn bütün prinsiplərinə ziddir.

Adətən Rusiya yetim və sahibsiz uşaqları götürür, lakin Mariupol sərhədində dəfələrlə uşaqları valideyndən ayıraraq naməlum istiqamətdə apardıqları qeydə alınıb. Həmin uşaqlar da Rusiya ərazisində və ya işğal olunmuş torpaqlarda internatlara, düşərgələrə yerləşdirilir, rus ailələrinə himayəyə, övladlığa verilirlər.

Ukraynalı uşaqlar hansı şəraitdə saxlanılır?

Rusiya Federasiyasındakı həbs düşərgələrində yaşayış şəraiti müxtəlif səviyyəlidir. Övladlığa verilmək üçün seçilmiş uşaqlar nisbətən daha yaxşı şəraitdə saxlanılır, lakin çox vaxt deportasiya olunmuş uşaqlar faciəvi şəraitdə qalır. Buradakı rütubət və kif, təmizləyici vasitələrin, təmiz suyun, qida təminatının olmaması, digər tərəfdən də məkanın soyuqluğu çoxsaylı xəstəlik və infeksiyaların yayılmasına səbəb olur. Zorlanma və cinsi istismar nəticəsində isə QİÇS-lə sonlanan insanın immunçatışmazlığı virusu (İİV) onlar arasında geniş yayılır.

Həmin uşaqların təyinat nöqtəsində dəri-zöhrəvi xəstəliklərin yayılması təhlükəsinə görə müayinə olunması onların ruslar tərəfindən övladlığa götürülməsi prosesi ilə bağlı olsa da, əsl həqiqət həmin vaxt ortaya çıxır. Belə ki, tibbi analizlər zamanı dəri-zöhrəvi xəstəliklər və ya İİV aşkarlananlar "Nevirapin" dərmanından geniş istifadə olunmaqla müalicə olunurlar. Rusiyanın ayrı-ayrı bölgələrində yerləşən həmin uşaq əsir düşərgələrindən tələb edilən "Nevirapin" dərmanını ümumi miqdarı indiyə kimi baş tutmuş onlarla köçürmənin hər birində yüzlərlə uşağın zorlandığını göstərir.

Qərb humanitar təşkilatları Rusiyada bu cür halların olduğu barədə hadisələri daxildən müşahidə edən bir şəxsdən anonim şəkildə alıblar. Həmin şəxs böyük həyati təhlükə olduğundan anonimliyini tam saxlamaq istəyir.

Ukraynadakı aktivist və feminist qruplarının da bu deportasiyalardan xəbəri var. 2014-cü ildən Ukraynanın Lvov vilayətində fəaliyyət göstərən feminist təşkilatlarından biri olan "Feminist Atelyesi" (Feminist Workshop) təşkilatı müsahibələrin birində bu hadisələrlə İkinci Dünya Müharibəsi zamanı baş verən hadisələri, Rusiyada yaradılmış bu həbs düşərgələri ilə Nasistlər tərəfindən yaradılmış konslagerləri müqayisə edib və Rusiyadakı bu düşərgələri 21-ci əsrin konslagerləri adlandırıb. Eyni zamanda, Rusiyanın Ukrayna işğalı ilə İkinci Dünya müharibəsi arasında və ruslar tərəfindən istifadə olunan "Z" simvolu ilə Nasistlərin svastikası arasında böyük oxşarlıq olduğu faktına diqqət çəkib.

Onların iştirakı ilə keçirilən müsahibəni aşağıdakı videodan izləyə bilərsiniz:

Beynəlxalq feminist dairələri də məsələ ilə maraqlanır. Buna misal olaraq, ABŞ vətəndaşı Cun Ketrin Miniksi (June Kathryn Minix - "Facebook" səhifəsinə keçid: https://www.facebook.com/BM1MinixsGirl) və onun "Ukrayna üçün Qadınlar" ("Women For Ukraine") təşkilatını (təşkilatın "Facebook" səhifəsinə keçid: https://www.facebook.com/womenforukr) göstərmək olar.

Ukraynadakı uşaqların taleyi necə olacaq?Cun Ketrin beynəlxalq forumlarda yuxarıda qeyd olunan mövzuları qaldırır və Ukraynada zorakılığa məruz qalan qadın və uşaqların taleyilə maraqlanan digər beynəlxalq təşkilatları məsələyə cəlb etməyə çalışır.

C.K.Miniks tərəfindən idarə olunan "Ukrayna üçün Qadınlar" təşkilatı uzun müddətdir ki, ukraynalılara kömək etmək üçün vəsait toplayır, lakin ən əsası Ukraynada Rusiya müharibəsi zamanı qadın və uşaq hüquqlarının pozulması ilə bağlı qəliz mövzulara toxunur.

O, hazırda Ukraynadan deportasiya edilmiş uşaqların cinsi istismarına, düşərgələrdə həbs olunmasına və məcburi olaraq rus ailələrinə övladlığa verilməsinə qarşı kampaniyalar aparır.

Rusiyanın törətdiyi müharibə cinayətini dünyaya çatdırmaq və baş verənlər etiraz bildirmək üçün sosial şəbəkələrdə #UAChildrenCamps həşteqi ilə paylaşımlar edilir.

Bütün deyilənləri nəzərə alaraq, azyaşlıların zorla köçürmə prosesinə, cinsi istismara məruz qalmasına qarşı beynəlxalq təşkilatlar həyəcan təbili çalır. Bir millətin taleyinə biganə yanaşmaq bütün dünyanın gələcəyinə etinasızıq etməkdir.


Sonxeber.az
Telegramda izləyin
  Baxılıb: 1636   Tarix: 16 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentlər İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar. AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidentinə işğal dövründ

23 iyun
.

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaş

18 iyun
.

Binəqədidə İÇMƏLİ SU PROBLEMİ: "Üç gündür susuz qalmışıq, cavab verən də yoxdur"

"Binəqədi rayonunda içməli suyun verilişində fasiləyə səbəb ərazini qidalandıran içməli su xəttində baş verən qəza olub. Bu məlumat -a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilib. "Ərazidə təmir işləri görülərək xətt bərpa edilib. Axşam saatlarına qədər bütün ərazilər üzrə suyu

16 iyun
.

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu...

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2650 manat pulunu ələ keçirib. O, avtomobili

18 iyun
.

Filippində 6.4 bal gücündə zəlzələ baş verib

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, bu barədə Almaniya Geofizika Tədqiqatları Mərkəzi (GFZ) məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar arxipelaqın böyüklüyünə görə ikinci adası olan Mindanaoda hiss edilib. Mütəxəssislər seysmik hadisənin episentrinin yer səthindən 29 kilomet

26 iyun
.

"Focus": "Madyarın qərarı Ukrayna üçün zərbə olacaq"

Macarıstanın Baş naziri Peter Madyarın Ukraynanın Avropa İttifaqına (Aİ) sürətləndirilmiş şəkildə qoşulması ilə bağlı bəndi Aİ sammitinin ilk gününün yekun sənədindən çıxarması Kiyevə zərbə olacaq. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" jurnalında məqalə dərc edilib. Yazının müəllif

20 iyun
.

Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor"

26 iyun
.

İlham Əliyevdən Hüseyn Quliyevlə bağlı SƏRƏNCAM

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, H.Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarınd

22 iyun
.

İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub

29 iyun