Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB + VİDEO

Azərbaycan, Türkiyə və Türkmənistan Prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB + VİDEODekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Türkmənistan Prezidenti Sərdar Qurbanquliyeviç Berdiməhəmmədov.

Hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.

Əziz dostlar.

Bu il ikinci dəfə qardaş Türkmənistana səfər edirəm və yenidən burada olmaqdan çox məmnunam. Üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdiməhəmmədova təşəkkürümü bildirirəm.

Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləməsinin şahidi olmaq, onun nailiyyətlərini görmək bizi sevindirir.

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.

Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.

Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər.

Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır.

Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır.

Bu il Türkmənistan ilə ticarət dövriyyəsi beş dəfə artmışdır. Bu, rekord göstəricidir.

Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir.

2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır.

Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.

Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət edirik.

2017-ci ildə əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.

Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər.

Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha doqquz təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur.

Hazırda Azərbaycanda səkkiz beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca doqquzuncu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.

2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu Qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı.

Hazırda dünyada yeni çağırışlar və təhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.

Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək.

Sağ olun.

13:10

Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşü başlayıb.

Oxu.Az xəbər verir ki, görüş Türkmənbaşı şəhərində keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə çıxış edib.

Həmin görüşdən görüntüləri təqdim edirik:


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 935   Tarix: 14 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Antiterror tədbirlərində DİN-in döyüş yolu - Video

44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN

19 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr