Aygün Zeynalovaya yeni vəzifə verildi
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini vəzifəsinə yeni təyinat olub.
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, energetika nazirinin 9 dekabr 2022-ci il tarixli əmri ilə Aygün Zeynalova Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini vəzifəsinə təyin edilib. Bundan əvvəl Aygün Zeynalova AREA-nın Layihələrlə iş və hüquq şöbəsinə rəhbərlik edib.
Aygün Aftandil qızı Zeynalova Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq ixtisasını fərqlənmə diplomu ilə bitirib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Strasburq Universitetində (Fransa) Avropa Hüququ və Beynəlxalq Hüquq ixtisası üzrə magistr dərəcəsi alıb. Avropa İttifaqının tam təqaüdü ilə Belçika Krallığının Avropa Kollecində Avropa hüququ üzrə magistr təhsili alıb. Hazırda London Kral Kollecində Beynəlxalq maliyyə və kommersiya hüququ üzrə magistr proqramında təhsilini davam etdirir.
Əmək fəaliyyətinə 2012-ci ildə Lüksemburq Hersoqluğunda yerləşən Avropa İttifaqının Ədalət Məhkəməsində hüquqşünas olaraq başlayıb. Fəaliyyətini özəl sektorda korporativ hüquqşünas və baş hüquqşünas olaraq davam etdirib. Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətində və digər qurumlarda məsul vəzifələrdə çalışıb.
2014-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur. İngilis, fransız, türk, rus, holland dillərini bilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1674 Tarix: 16 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Guya DTX-dən zəng gələcək - Qanunsuz tələblərə inanmayın! - Foto
Azərbaycanda jurnalistlər də kibercinayətkarların hədəfindədir. xəbər verir ki, işbazlar tanınmış şəxsin adından yazaraq guya DTX və ya digər hüquq-mühafizə orqanlarından zəng gələcəyini xəbər verirlər. Bundan sonra başqa bir şəxs vətəndaşla əlaqə saxlayır, hədə-qorxu gələrək qanunsuz tələblər irəl
14 oktyabrAzərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər
Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb. -a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə ort
14 oktyabrSabah 31° isti olacaq
Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq
15 oktyabrAzərbaycanda gənc əsgər vəfat etdi - Foto
Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki
15 oktyabrBakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhə
14 oktyabr