"Azərbaycanda islahatların yeni mərhələsi başlayıb" - DEPUTAT
"Bu ilin dekabrın 10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında müvafiq qərardan sonra yerlərdə icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin azalması, bu strukturun bütövlükdə ləğvinə dair müxtəlif proqnozlar, versiyalar gündəmə gəlməkdədir. Çoxsaylı sualları nəzərə alaraq, bu istiqamətdə bəzi hüquqi qeydləri diqqətinizə çatdırmaq istərdim.
2018-ci il Prezident seçkilərindən sonra Azərbaycanda islahatların yeni mərhələsi başlamışdır. Hazırda da davam edən bu islahatlar kadr, struktur və idarəçilik modelinə yeni baxışı ehtiva etməklə hakimiyyətin bütün qollarını əhatələməkdədir. Bilirsiniz ki, islahatların tərkib hissəsi kimi, Prezidentin xüsusi nümayəndəliyi institutu formalaşdırılmış, cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu struktur özünü doğrultmuşdur. Əgər nümayəndəlik institutu təcrübədə səmərəli və çevik struktur kimi özünü göstərə bilirsə, demək ki, gələcəkdə digər ərazilərimizdə də bu idarəçilik formasına müraciət oluna bilər. Bildiyimiz kimi, Konstitusiyanın 109-cu maddəsinin 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaratmaq Azərbaycan Respublikasının Prezidentinin müstəsna səlahiyyətinə aid məsələdir".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, bütövlükdə yerli icra orqanlarının nümayəndəlik institutu ilə əvəzlənməsinə gəlincə, bu istiqamətdə ehtimallar üzərində danışmaq doğru olmaz.
"Yerli icra orqanları Konstitusiya ilə təsbit edilmiş institutdur. Bu institutun bütövlükdə idarəçilik sistemindən çıxarılması yalnız konstitusion dəyişikliklərlə mümkündür. Ana Qanunumuzun 152-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. O ki qaldı hazırda yerlərdə icra hakimiyyəti orqanlarının səlahiyyətinin azaldılması məsələsinə, Konstitusiyanın 124-cü maddəsi ilə yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Yəni, yerlərdə icra hakimiyyətinin səlahiyyətinin azaldılmasında fövqəladə bir məqam yoxdur, səlahiyyətlər itmir, sadəcə yaradılan regional orqanlara verilir.
Biz bütövlükdə bu məsələlərə praqmatik yanaşmalı, prosesləri süni formada şişirtməməliyik, anlamalıyıq ki, hüquq münasibətləri inkişaf etdikcə tənzimləmə də bu dəyişikliklərə uyğun şəkildə gedir, o cümlədən də, struktur yeniləmələr aparılır və bundan sonra da aparılacaq".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi