" Azərbaycan mövcud əməkdaşlıq formatını yalnız bu üç ölkə ilə məhdudlaşdırmayacaq" - DEPUTAT

" Azərbaycan mövcud əməkdaşlıq formatını yalnız bu üç ölkə ilə məhdudlaşdırmayacaq" - DEPUTAT"Prezident İlham Əliyevin Buxarestə işgüzar səfəri və "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" in imzalanması ölkəmizin beynəlxalq güc kimi önəmini daha da artırdı. Sirr deyil ki, hazırda istənilən dövlət üçün təhlükəsizlik konsepsiyasının ən mühüm aspektlərindən biri, dinc dövrdə isə birincisi enerji təhlükəsizliyidir. Qeyd edilən sazişin imzalanması ilə Azərbaycan faktiki olaraq Gürcüstan, Rumıniya və Macarıstan dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olmaqla, həm də bu ölkələrin, o cümlədən Avropa İttifaqının milli təhlükəsizliyinin qarantoruna çevrilmiş olacaq. Əlbəttə, Avropanın 3 inkişaf etməkdə olan vacib ölkəsi ilə bu səviyyədə münasibət, ayrı-ayrı beynəlxalq mexanizmlərdə birgə faəliyyətdə, habelə eyni mövqedən çıxış etməklə maraqların qorunması baxımdan çox əhəmiyyətlidir. Çünki Tiflis, Budapeşt və Buxarest milli təhlükəsizliyində önəmli rol oyanayan Azərbaycanın mövqeyinin güclənməsinə özünün məsələsi kimi baxmalıdır. Digər tərəfdən, heç şübhəsiz ki, Azərbaycan mövcud əməkdaşlıq formatını yalnız bu üç ölkə ilə məhdudlaşdırmayacaq. İmzalanma mərasimində Prezident İlham Əliyev özü də açıq formada bəyan etdi ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, digər vacib məqam isə qurulan infrastrukturla bağlıdır.

"Daha dəqiq desək, əgər Orta Asiya ölkələri, yaxud Çin Qərbə elektrik enerjisi ixracı barədə düşünsə hansı ki, düşündüyünü də ehtimal etmək çətin deyil, artıq mövcud infrastruktur Azərbaycanı həm də mühüm tranzit haba çevirəcək.
Prosesin digər mühüm aspekti isə ixracın özü ilə bağlıdır. Birincisi, elektrik enerji ixracını zəngin ehtiyatlara malik olduğumuz neft-qaz nəqli ilə eyniləşdirmək olmaz. Elektrik enerjisi, xüsusən yaşıl enerji tükənməz mənbədən əldə edilir, neft və qazdan fərqli olaraq daimi gəlir deməkdir.
İkincisi, elektrik enerjisi idxal edən hər bir ölkədə bu və ya digər formada enerji istehsalını təmin etmək mümkündür, lakin enerji infrastrukturun qurulması ciddi vəsaitlə yanaşı, həm də siyasi iradə tələb edir. Bu gün reallıq odur ki, Azərbaycan cənab İlham Əliyevin timsalında mövcud iradəni nümayiş etdirərək enerji nəhənginə çevrilə bilib. Elə bu məqamda başqa bir reallığı da xüsusi qeyd etməliyik, sirr deyil ki, cəmi 25 il əvvəl Azərbaycanın özündə elektrik enerjisi defisiti var idi, kəndlərə gündə bir neçə saat elekterik enerjisi verilirdi və hətta şəhərlərimizdə belə elektrik təhcizatında ciddi fasilələr müşahidə olunurdu. Amma bu gün biz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü tədbirlərin nəticəsində həmişə inkişafın ali mərhələsində hesab etdiyimiz Avropa üçün elektrik təhcizatçısına çevrilməkdəyik.
Buxarest Sazişinin çox mühüm siyasi aspektlərindən biri isə Azərbaycanın Avropada artıq yaşıl artım ölkəsi kimi tanınmağa başlamasıdır. Yəni, Prezident İlham Əliyevin fəaliyyətində ekoloji məsələlər yalnız siyasi bəyanatlarda ifadə olunmaqla kifayətlənilmir. Məsələn, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi olmaq yaxın 10 il üzrə Azərbaycanın özünün milli prioriteti kimi rəsmən təsdiqlənib, eyni zamanda yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması Azərbaycanı planetar yaşıl təşəbbüskar, bu istiqamətdə aparıcı dövlətlərdən biri mövqeyinə yüksəltməkdədir".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1649   Tarix: 19 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Leyla Əliyeva "44"ün təqdimat mərasimindən paylaşım etdi - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən "44" bədii filminin təqdimat mərasimindən görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva paylaşımı instaqram hesabından edib. Həmin paylaşımı təqdim edirik:

14 oktyabr
.

İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur". xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir. Bildirili

14 oktyabr
.

"Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"

"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql

14 oktyabr
.

Kəlağayı bizim milli geyimimizdir: Milli irsimizi yalnız bayramlarda xatırlamamalıyıq

Azərbaycanın milli geyim mədəniyyətindən danışarkən kəlağayını kənarda qoymaq mümkün deyil. İpəyin zərifliyini, naxışların mənasını, nəsillərdən-nəsillərə ötürülən sənətkarlıq ənənələrini özündə birləşdirən bu baş örtüyü xalqımızın tarixindən xəbər verir. Kəlağayı sadəcə geyim elementi deyil, Azərbayca

14 oktyabr
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri

Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan

14 oktyabr
.

"Dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir" - Müşfiq Cəfərov

"Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq

14 oktyabr