Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Yanvarın 1-dən 423, 456 manat alacaqlar

Əhalini SEVİNDİRƏCƏK XƏBƏR - Yanvarın 1-dən 423, 456 manat alacaqlarHər il ölkədə Prezident İlham Əliyevin təşəbbüsü ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlar atılır. Belə ki, vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlət başçısının diqqət mərkəzində olub. Əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində cəmiyyətin bütün təbəqələrini əhatə edən çoxsaylı sosial qanunlar qəbul olunub, fərman və sərəncamlar imzalanıb, mühüm tədbirlər həyata keçirilib. Bu sahədə atılan mühüm addımlardan biri də indeksləşdirmə əsasında artımın gələn ilin əvvəlindən bütün pensiyalara şamil olunmasıdır.

Beləliklə, bu il pensiyaçılara verilən maddi yardımlar gələn ilin əvvəlindən pensiyaların tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Gələn il pensiya ödənişlərinə 5 mlrd. 907 mln. manat yönəldilməsi nəzərdə tutulur ki, bu da 2022-ci ilə nisbətən 650 mln. manat (12 faiz) çoxdur. 2023-cü ildə pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin 14,5 faiz çox olmaqla 456 manat olacağı gözlənilir.

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov "Report"a açıqlamasında bildirib ki, Azərbaycanda bütün istiqamətlərdə aparılan islahatlar uğurla davam etdirilir:

"Sosial istiqamətlər üzrə işlər müsbət xətlə davam edir və bu sahədə həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. İnanıram ki, pensiya təminatı sahəsində görülən işlər Azərbaycanı Avropanın inkişaf etmiş ölkələri ilə eyni səviyyəyə çıxarmış olacaq. Postmünaqişə dövründə şəhid ailələrinə və müharibə veteranlarına ödənilən müavinətlərdə yeniliklərin şahidi olmuşuq. Pensiya islahatları özünün müsbət nəticələrini ortaya qoyaraq, bütün neqativ hallar aradan qalxacaq".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov "Report"a açıqlamasında xatırladıb ki, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi qərarı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən növbəti addımdır.

Nazirliyin şöbə müdiri qeyd edib ki, yeni qanun pensiyaların indeksləşdirilərək artırılmasında gələn ilin əvvəlindən bütün növ pensiyalara münasibətdə vahid, bərabər yanaşmaya keçidi təmin edir:

"Qulluq stajına görə əlavə alan pensiyaçıların (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyaları əgər bu vaxta qədər onların işləmiş olduqları sahələrdə əməkhaqqı artımı olduqda artırdısa, bundan sonra həmin pensiyalar da digər pensiyalar kimi hər ilin əvvəlində indeksləşdirilərək artırılacaq. Nəticədə həmin şəxslərin pensiyalarında da hər il artım baş verəcək".

Digər tərəfdən, xüsusi şərtlərlə pensiya alan şəxslərin pensiyalarına bu il üzrə hər ay ödənilən 10%, həmçinin ümumi əsaslarla pensiya alan şəxslərin pensiyalarına isə il ərzində ödənilən 200 manat maddi yardımın bir aya düşən məbləği (16,67 manat) 2023-cü il yanvarın 1-dən onların pensiyalarının tərkibinə daxil ediləcək. Bundan sonra yekun pensiya məbləğləri 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilib artırılacaq.

Misal üçün, xüsusi şərtlərlə pensiya təyin edilmiş şəxsin pensiyası 1000 manatdırsa, bu il əlavə dəstək olaraq hər ay verilən 10 faiz (100 manat) maddi yardımla birgə 1100 manat hesablanmaqla, indeksasiya faizi qədər artım bu yekun məbləğin (1100 manat) üzərinə əlavə ediləcək.

Qeyd edək ki, son 10 ildə bu kateqoriyadan olan şəxslərin böyük əksəriyyətinin pensiyasında ən yüksək artım 70% olubsa, ümumi əsaslarla pensiyaya çıxan şəxslərin pensiyalarında indeksasiya nəticəsində artım 98% olub. Bu da vahid indeksasiya metoduna keçidin xüsusi şərtlərlə pensiyaya çıxan şəxslərin pensiyalarının davamlı artımı üçün daha effektiv və onların mənafeyinə uyğun olduğunu göstərir.

Eyni zamanda, hər il pensiyaların indeksləşdirilərək artırılması elektron qaydada həyata keçirilir və xüsusi şərtlərlə təyin olunmuş pensiyaların da növbəti ildən e-sistem üzərindən artırılması təmin olunacaq. Bununla həm də aidiyyəti qurumların bu sahədə inzibatçılığını yüngülləşdirməklə, əməkhaqqı artımı ilə bağlı hər hansı məlumat təqdim etmə öhdəliyi də aradan qalxacaq.

Eləcə də dövlət qulluqçusu, hərbi qulluqçu və digər bu kateqoriyadan olan şəxslərə pensiya təyin edildikdən sonra onlar da azı 6 il işlədikdə (və ya pensiya təyin edildikdən sonra bir müddət işləyib daha işləmədikdə) topladıqları kapitala əsasən hesablanacaq artım pensiyalarının ümumi məbləğinin üzərinə əlavə ediləcək və daha yüksək məbləğdə pensiya məbləğlərinin formalaşmasına səbəb olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6448   Tarix: 19 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Leyla Əliyeva "44"ün təqdimat mərasimindən paylaşım etdi - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində keçirilən "44" bədii filminin təqdimat mərasimindən görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyeva paylaşımı instaqram hesabından edib. Həmin paylaşımı təqdim edirik:

14 oktyabr
.

İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur". xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir. Bildirili

14 oktyabr
.

"Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz"

"Son günlər ölkəmizin, insanların birliyi ətrafında yaranan müzakirələr və mübahisələr bu dövlətin vətəndaşı kimi məni də narahat edir. Hər şeydən öncə mən bir anayam, övladımın məktəbdəki nizam-intizamına, geyiminə hər zaman diqqət etməyə çalışmışam. Bir insan olaraq da ona başqalarından fərql

14 oktyabr
.

Kəlağayı bizim milli geyimimizdir: Milli irsimizi yalnız bayramlarda xatırlamamalıyıq

Azərbaycanın milli geyim mədəniyyətindən danışarkən kəlağayını kənarda qoymaq mümkün deyil. İpəyin zərifliyini, naxışların mənasını, nəsillərdən-nəsillərə ötürülən sənətkarlıq ənənələrini özündə birləşdirən bu baş örtüyü xalqımızın tarixindən xəbər verir. Kəlağayı sadəcə geyim elementi deyil, Azərbayca

14 oktyabr
.

Bakıda "Kəlağayı" yürüşü - Video

Bakıda "Kəlağayı" adlı rəngarəng yürüşə start verilib. "Qafqazinfo" xəbər verir ki, yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak edib. Rəngarəng kəlağayıları ilə yürüşə qatılanlar şəhər sakinləri və xarici qonaqların diqqətini çəkib

14 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr
.

Məktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri

Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan

14 oktyabr
.

"Dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir" - Müşfiq Cəfərov

"Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü potensiala malik, öz fəal və milli maraqlara əsaslanmış siyasəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmış ölkədir. Müharibələr, qarşıdurmalar və ziddiyyətlərin geniş vüsət aldığı müasir dövrdə Azərbaycan sabitlik, əmin-amanlıq

14 oktyabr