Məğrur Komandan, qətiyyətli Lider

Məğrur Komandan, qətiyyətli LiderBu gün dünyada gedən çətin geosiyasi proseslər, həmçinin qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan həm daxili siyasi və iqtisadi sabitliyini təmin edir, həm də tam müstəqil xarici siyasət kursuna sadiq qalaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.
Qarabağda tarixi ədalətin bərpa edilməsi ilə diplomatiya müstəvisində qazandığı parlaq qələbə isə Azərbaycanın beynəlxalq nüfuzunu, siyasi çəkisini daha da artırdı.
İlham Əliyevin rəhbərliyi altında qazanılan bu qələbəni şərtləndirən məqamlar isə təkcə güclü ordu, qabaqcıl iqtisadiyyat deyil, həm də nüfuzlu, qüdrətli və beynəlxalq arenada söz sahibi olan Azərbaycanın yaradılması idi. Uzun illərdir Azərbaycan dövlətinin İlham Əliyevin liderliyi ilə yürütdüyü uğurlu xarici siyasətin əsas istiqamətlərindən birini də məhz bu təşkil edirdi. Məhz milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmi etiraf olunan dövlətə çevirdi.
Hazırda regionda söz sahibi Azərbaycandır. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra ölkədə bütün addımlar postmüharibə dövrünün reallıqlarına uyğun atılır. İlham Əliyevin postmüharibə dövrünün reallıqlarına uyğun müəyyənləşdirdiyi yeni inkişaf strategiyası isə yüksəlişin yol xəritəsidir.
Güclü dövləti müstəqil siyasətin mühüm şərti sayan İlham Əliyev xalqın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün bu gün də əzmkarlıqla çalışır. Azərbaycan xalqı isə qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə ciddi nailiyyətlərə imza atacağına ürəkdən inanır.
Çünki xalq İlham Əliyevin yürütdüyü diplomatiyanın uğurlarına şahidlik edir. Hər kəs baş verən proseslərə nəzər yetirsə, aydın şəkildə görə bilər ki, İlham Əliyev müasir siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bunları qarşılamaq üçün hazırlaya bilir. Qətiyyətli, cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən xalqın xeyrinə məharətlə istifadə etməyi bacarır.
Son illər ərzində Azərbaycan Prezidentinin iştirak etdiyi beynəlxalq toplantıya və dost, tərəfdaş ölkələrin liderləri ilə keçirdiyi görüşlərə nəzər yetirsək, bütün bu deyilənlərin şahidinə çevrilə bilərik.
Qlobal miqyaslı təşəbbüsləri, uğurlu siyasi-diplomatik gedişləri ilə nüfuzu gündən-günə daha da yüksələn İlham Əliyev həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanın siyasi çəkisini artırır və ölkəmizi daha böyük zəfərlərə doğru aparır.

Təranə Zeynalova – BDU-nin professoru, Tarix elmləri doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 864   Tarix: 20 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

19 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr