Qazaxıstan Almaniyaya neft nəql etməyə başlayacaq
Qazaxıstan Drujba boru kəməri ilə Almaniyaya neft göndərə biləcəklərini təsdiqləyib.
Sonxeber.az xəbər verir ki, Qazaxıstan Dövlət Neft və Qaz Şirkətinin (KazMunayQaz) İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin parlament katibi Mixael Kellner ilə videokonfrans vasitəsilə görüşüb.
Paytaxt Astanada olan Almaniya Sol Partiyası Bundestaq üzvü Kristian Görkenin də iştirak etdiyi görüşdə tərəflər Qazaxıstan neftinin Şvedt şəhərindəki neft emalı zavoduna ixracını müzakirə ediblər.
Görüş zamanı Almaniya tərəfi Şvedt neft emalı zavodunun ölkənin şərqində yerləşən Brandenburq əyalətinin iqtisadiyyatının "ürəyi" olduğunu və Qazaxıstandan "Drujba" kəməri ilə neft emalı zavodunu sabit xammalla təmin etmək istəyini ifadə edib.
Mirzəqaliyev Qazaxıstan neftinin Drujba kəməri ilə Almaniyaya çatdırılmasının mümkünlüyünü də təsdiqləyib, lakin müqavilə və texniki məsələlərin həllinə ehtiyac olduğunu qeyd edib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 892 Tarix: 21 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb. xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəs
12 oktyabrUkraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub
Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek
13 oktyabrABŞ-İran danışıqları dalana dirənir: Hörmüz boğazında gərginlik artır
ABŞ ilə İran arasında müharibənin dayandırılması istiqamətində diplomatik səylər davam etsə də, tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Hörmüz boğazı ətrafında yaranmış vəziyyət, gəmiçilik təhlükəsizliyi və İran limanlarına qarşı tətbiq edilən dəniz blokadası regiondakı gərginliyi daha da artırır
12 oktyabr"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrQazaxıstanın sabiq XİN rəhbəri Avstriyaya səfir təyin edilib
Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ölkənin Avstriyadakı səfiri və Qazaxıstanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. "Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Koşerbaye
13 oktyabr