Deputat: "Son günlər Qarabağ erməniləri həqiqətləri anlamağa başlayıblar"
"Son günlər Qarabağ erməniləri həqiqətləri anlamağa başlayıblar".
Sonxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev parlamentin dekabrın 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
"Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilməli idi. Lakin Ermənistanın XİN başçısı sülh danışıqlarını pozaraq görüşdən imtina etdi. Görünür Ermənistan BMT TŞ-nin Laçın yolu ilə bağlı keçirdiyi müzakirələrdə nəticə əldə etməməsindən narahatdır. Fransa da bu görüşün baş tutmasında maraqlı deyil. Əgər diplomatiya işləsə, dedikləri bütün yalanlar tez ifşa olunar", - deputat əlavə edib.
O qeyd edib ki, Xankəndi-Laçın yolunda keçirilən aksiya artıq öz müsbət nəticəsini verməkdədir:
"Hətta son günlər Qarabağ erməniləri də həqiqətləri anlamağa başlayıblar. Eyni zamanda Vardanyanın yalançı vədlərinə etirazlar da çoxalır. Buna görə də Qarabağ ermənilərindən dəstək ala bilməyən Vardanyan dekabrın 17-nə təyin etdiyi mitinqi təxirə salmağa məcbur olur. Hesab edirəm ki, şiddətə məruz qalan Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi üçün Azərbaycan Ombudsmanı, hüquq mühafizə orqanları müvafiq addımlar atsın və beynəlxalq ictimaiyyət bununla bağlı məlumatlandırılsın".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 868 Tarix: 23 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhə
14 oktyabrMəktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri
Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan
14 oktyabrBakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd
14 oktyabrYəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video
Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər
14 oktyabrAzərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər
Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb. -a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə ort
14 oktyabrChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım
"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati
13 oktyabrVahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?
Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın
13 oktyabr