Komitə sədri: "Bu gün hüquq-mühafizə orqanları arasında ən çox şikayət məhkəmələrlə bağlıdır"
"Bu gün hüquq-mühafizə orqanları arasında ən çox şikayət məhz məhkəmələrlə bağlı olur".
Sonxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin dekabrın 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda fəaliyyət göstərən məhkəmələrin hər birinin üzərinə düşən işlərin sayı çoxdur: "Məhkəmədə olan işlərin gecikməsi, həm də keyfiyyətə təsir etmə baxımından müəyyən problem var".
O qeyd edib ki, bəziləri məhkəmənin əldalətsiz qərar verdiyini hesab edirlər: "Hər hansı səhv hərəkət olanda iş sonda məhkəməyə gedir. Ona görə də məhkəmə işlərinin ədalətli olub-olmaması önəmlidir. Çünki yekun qərarı məhkəmə verir. Əgər vətəndaşın narazılığı məhkəmədən olursa, deməli işin keyfiyyəti düzgün getmir".
Deputat bildirib ki, Azərbaycandan Avropa məhkəməsinə kifayət qədər şikayət gedir: "Bunun üçün də dövlət ayrı-ayrı şəxslərə vəsait ödəməyə məcbur olur. Söhbət işin mahiyyətindən yox, məhkəmə işinin aparılması qaydasında düzgün olmayan prosedurdan gedir. Düzgün aparılmayan prosedur varsa, deməli məhkəmənin çıxardığı qərar ədalətli ola bilməz. Yeni təyin olunan hakimlər buna ciddi fikir verməlidir. Qaça-qaçla tələsik qərar vermək olmaz. Hər bir prosesdə təcrübənin böyük əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, ölkədə yaxşı məhkəmə binaları var, yüksək şərait də yaradılır. Lakin önəmli olan işin keyfiyyətidir".
S.Novruzov vurğulayıb ki, bu gün məhkəmələrdə ötür-ötür məsələsi də əsas problemlərdəndir: "Vətəndaşlar illərlə süründürməçilik yaşayır. Misal olaraq, hər hansı işlə bağlı iki məhkəmə təsdiq verir, amma Ali Məhkəmə həmin qərarları ləğv edir. Deməli hər iki məhkəmə cəzalandırılmalıdır ki, qəbul etdiyin qərar düz deyil. Hətta qərar çıxaran hakimin əməkhaqqısı kəsilməli, yaxud digər tənbeh tədbirləri icra olunmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 957 Tarix: 23 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə və səhə
14 oktyabrMəktəbli forması: Nizam-intizamın əsas tələblərindən biri
Məktəbli forması şagirdlərdə nizam-intizamın formalaşması, məktəb mühitində vahidliyin qorunması və təhsil müəssisəsinin daxili qaydalarına riayət olunması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi onların məktəb məsuliyyətinin bir hissəsidir. Bu baxımdan
14 oktyabrBakıda 14 küçə və prospekt təmirə bağlanacaq
Bakıda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri yekunlaşdırılıb. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, paytaxtın 12 inzibati rayonunu əhatə edən genişmiqyaslı təmir proqramı çərçivəsində ümumilikd
14 oktyabrYəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video
Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər
14 oktyabrAzərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər
Azərbaycanda bir sıra məktəblərdə geyim forması ilə bağlı ictimai asayişi pozanlara qarşı tədbirlər görülüb. -a istinadən xəbər verir ki, onların bəziləri Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən məktəblərdə vahid geyim forması ilə bağlı insanları qanunsuz nümayişlərə çağırıblar. Bəziləri isə ort
14 oktyabrChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım
"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati
13 oktyabrVahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?
Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın
13 oktyabr