Xankəndinin deputatı: Vardanyan-Arutunyan cütlüyü Xankəndi sakinlərini faktiki girov saxlayır

Xankəndinin deputatı: Vardanyan-Arutunyan cütlüyü Xankəndi sakinlərini faktiki girov saxlayır"Vardanyan-Arutunyan cütlüyünün rəhbərlik etdiyi quldur dəstəsi Xankəndi sakinlərini faktiki girov saxlayır, terror siyasəti həyata keçirir".

Bunu APA-ya açıqlamasında 122 saylı Xankəndi seçki dairəsinin deputatı Tural Gəncəliyev bildirib.

Tural Gəncəliyev deyib ki, Laçın-Xankəndi yolu açıq olsa da quldur dəstəsi saxta böhran görüntüsü yaratmaq, dünya ictimaiyyətini çaşdırmaq üçün sadə insanların o yoldan istifadə etməsinə imkan vermir: "Bütün bunlar Vardanya-Arutunyan cütlüyünün qanunsuz əməllərini, Azərbaycan xalqına məxsus təbii sərvətlərin qanunsuz talan edilməsini dünya ictimaiyyətindən gizlədilməsi məqsəd daşıyır. Bu quldur dəstəsini maraqlandıran yeganə məsələ də budur. Vardanya-Arutunyan cütlüyü məqsədlərinə nail ola bilməyəcək. Laçın-Xankəndi yolunda Azərbaycan ekofəallarının keçirdiyi etiraz aksiyanın da məqsədi məlumdur. Məqsəd Azərbaycan sərvətlərinin qanunsuz talanmasına son qoyulmasıdır. Vardanya-Arutunyan cütlüyü isə guya aksiyaçıların yolu bağlaması, humanitar yüklərin belə buraxılmadığı barədə yalanlarla dünya ictimaiyyətini çaşdırmağa çalışdılar, ancaq bu da alınmadı. Digər tərəfdən, dinc aksiya iştirakçılarının guya Rusiya sülhməramlıları ilə toqquşması barədə də saxta məlumat yaydılar. Bütün bunların hamısı ifşa olundu".

Deputat qeyd edib ki, hazırda Vardanya-Arutunyan cütlüyü onların qanunsuz əməlləri, terrorçu fəaliyyəti ilə razılaşmayan Xankəndi sakinlərinə təzyiq edir, hətta döydürüb işgəncə verirlər. Xankəndi sakinlərinin sosial şəbəkə hesabları da izlənilir, təftiş edilir: "Bu yaxınlarda bir neçə Xankəndi sakini sosial şəbəkə profillərində Vardanya-Arutunyan cütlüyünü ifşa etdi. Qarabağda yaşayan erməni vətəndaşlarımız onları girovluqda saxlayan Vardanya-Arutunyan cütlüyünün, bu qanunsuz şəbəkənin əməllərini ifşa etməyə davam etməli və bu ünsürlərin Qarabağdan rədd edilməsi üçün Laçın-Xankəndi yolundakı aksiyaçıların səsinə səs verməli, onların yanında olmalıdırlar".

Tural Gəncəliyev bu proseslər fonunda Ermənistan Baş naziri Nikol Paşinyanın qeyri-ciddi davranışlarına da diqqət çəkib: "Ermənistan hakimiyyəti gah problemi Rusiya sülhməramlılarında axtarır, gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Azərbaycanla üzbəüz qoymaq üçün müxtəlif bəyanatlar verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri Ermənistanın destruktiv əməllərini ifşa etdikdə, iradlarını bildirdikdə isə kənar güclərin regiona cəlb edilməsinə cəhdlər göstərirlər. Hələ Soçidə Paşinyan bildirmişdi ki, Rusiya sülhməramlıları Qarabağda müddətsiz qalmalıdır. İndi isə bildirir ki, Rusiya sülhməramlıları bölgədən çıxmalıdır və beynəlxalq təşkilatlardan ibarət missiya Qarabağa gəlməlidir. Bu, özü də Paşinyanın çarəsizliyini və siyasi səbatsızlığını, ümumiyyətlə Ermənistandakı siyasi-hərbi elitanın konstruktiv düşünmək qabiliyyətini də itirdiyini göstərir".

Deputat vurğulayıb ki, Qarabağda ermənilər yaşayan ərazilər, Laçın-Xankəndi yolu Azərbaycan ərazisi, Azərbaycanın daxili məsələsidir: "Ona görə də Vardanyan-Arutunyan cütlüyü və onların rəhbərlik etdiyi terrorçu ünsürlər Qarabağ bölgəsindən çıxarılmalı, cinayətkarlar Azərbaycan qanunları qarşısında cavab verməlidirlər. Qarabağdakı ermənilər isə Azərbaycan Konstitusiyası, qanunları çərçivəsində yaşaya bilərlər. Mən keçmiş məcburi köçkünlərimizin də Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və digər şəhər və yaşayış məntəqələrinə geri dönəcəyinə günün də yaxında olduğuna əminəm".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1661   Tarix: 24 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021