Qarabağdakı separatçı rejimdən növbəti imitasiya: Hərbçilər, polislər və sadə əhali zorla mitinqə çağırılırlar
Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı erməni separatçılar bu günə mitinq planlaşdırırlar.
Mitinqin saat 14:00-da Xankəndidə keçirilməsi gözlənilir.
Maraqlıdır ki, sözügedən aksiyaya hazırda həmin ərazidə yaşayan əhalinin marağı o qədər də çox deyil. Belə ki, insanları meydana cəlb edə bilməyən qondarma rejim "rəhbərliy"i Qarabağdakı qanunsuz erməni hərbçilərinə, hətta məzuniyyətə olanlara belə komanda verərək bildirib ki, özləri mülki geyimdə və ailə üzvləri ilə bir yerdə mitinqdə iştirak etsinlər.
Sadə vətəndaşlardan həmçinin tələb olunur ki, ailəlikcə mitinqdə olsunlar. Əldə etdiyimiz məlumata görə, "dövlət müəssisələri"ndə çalışanlara sözügedən aksiyada iştirakın məcburi olduğu barədə dəfələrlə sərt xəbərdarlıqlar edilib.
Görünür xalq arasında nüfuzunu itirən və getdikcə məngənəyə sıxılan qondarma rejimin separatçı "rəhbərliy"i mitinqə mümkün qədər çox insan cəlb etməklə arxalarında xalq dəstəyi varmış kimi imitiasiya yaratmağa çalışırlar.
Bunun üçün hətta "hüquq-mühafizə" orqanlarının əməkdaşlarına da mülki geyimlə bu mitinqdə iştirak etmək barədə göstərişlər verilib./Oxu
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1605 Tarix: 25 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Liderlərin səmimi anları - Fotolar
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə bir sıra mədəni mərkəzlərlə tanış olub. "Qafqazinfo"nun məlumatına görə, dövlə
15 mayMeloninin Azərbaycana səfəri başa çatdı
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana işgüzar səfəri mayın 4-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. İtaliyanın Nazirlər Şurasını
4 mayPrezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər - Fotolar
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü günüdür. "Qafqazinfo" xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxr
9 mayPrezident Melonini belə qarşıladı - Video
Xəbər verdiyimiz kimi, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib. "Qafqazinfo" xəbər verir ki, onu Prezident İlham Əliyev qarşılayıb. Qeyd edək ki, İlham Əliyev və Ciorcia Meloninin təkbətək görüşü keçirilib
4 may