Xankəndidə əcnəbilər varmış – Qırmızı Xaç 4-nü çıxartdı
Beynəlxalq Qırmızı Xaç Komitəsi Xankəndidən 4 əcnəbini çıxarıb.
Bu sözləri BQXK-nin Ermənistandakı nümayəndəliyinin kommunikasiya proqramının rəhbəri Zara Amatuni erməni mediasına deyib.
O bildirib ki, BQXK Xankəndidən 4 əcnəbini Ermənistana aparıb. Onların "müxtəlif xəstəlikləri" olub və Ermənistana aparılmaları üçün BQXK-yə müraciət ediblər.
Qeyd edək ki, bu fakt Laçın yolundan bir daha qanunsuzcasına istifadə edildiyini göstərir. Laçın yolu humanitar dəhliz kimi yalnız Qarabağdakı ermənilərin maneəsiz gediş-gəlişi üçün nəzərdə tutulb. Xarici ölkə vətəndaşlarının Azərbaycanın icazəsi olmadan o yoldan istifadə etməsi və Xankəndiyə gəlməsi qanunsuzluqdur.
Buna baxmayaraq, rus sülhməramlılar Ermənistan vətəndaşları da daxil olmaqla, istənilən əcnəbinin, hətta İran terrorçularının da Qarabağa gəlməsinə şərait yaradır.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı, talanması və Laçın yolu ilə xaricə daşınması, ekologiyaya ciddi ziyan vurulması, Laçın yolundan silah daşınması və terrorçuların Qarabağa göndərilməsi üçün istifadə edilməsinə etiraz olaraq 12 dekabrdan Şuşa-Xankəndi yolunda aksiya keçirirlər. Aksiya iştirakçıları humanitar yüklərin və sadə insanların keçidinə heç bir problem yaratmırlar./Axar
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 4338 Tarix: 25 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı
12 iyunPrezident Lyayenlə təkbətək görüşdü - Fotolar
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
1 iyulAlyona Əliyeva sərgidə - Fotolar
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:
1 iyul"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA
Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin
18 iyunİlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri
30 iyun