Xankəndidə izdihamlı mitinq: görün, kimlər qatılıb

Xankəndidə izdihamlı mitinq: görün, kimlər qatılıbErməni separatçılarının 10 gündür çalışdıqları mitinq nəhayət, bu gün Xankəndi şəhərinin mərkəzində baş tutub.

Mitinqdə kütləviliyi təmin etmək üçün bütün vasitələrdən istifadə edilib. 2 sentyabr aksiyasında olduğu kimi, Qarabağa göndərilmiş rusiyalı milyarder Ruben Vardanyan yenə də "kisəsinin ağzını açıb".

Xankəndidə məskunlaşan sadə ermənilər mitinqə gəlməyə məcbur edilib, əks halda işdən qovulacaqları ilə hədələniblər. Hamıdan övladları ilə aksiyada iştirak etmək tələb olunub.

Xankəndi ətrafından gələnlərin isə Vardanyan, "mükafatla" bərabər, nəqliyyat xərclərini də yenə üzərinə götürüb. Belə ki, iştirakçıların hər birinə məsafədən asılı olaraq 30-40 dollar paylanılıb, Xankəndi ətrafından və Qarabağın rus sülhməramlıların nəzarətində olan digər rayonlardan gələnlərə isə yanacaq paylanılıb, maşını olmayanların avtobuslarla gəlişi təmin edilib.

Digər diqqət çəkən məsələ isə aksiyanın izdihamlı alınması üçün qanunsuz silahlı dəstələrin də mitinqə qatılmasıdır. Onlardan mülki paltar geyinərək, aksiyaya qatılmaq tələb olunub. Ancaq bir çox silahlı separatçı elə hərbi formada da mitinqə qoşulub və şüarlar səsləndiriblər (foto təqdim edilir).

Qeyd edək ki, Vardanyan və digər separatçılar dəfələrlə aksiya keçirməyə çalışsa da, alınmamışdı. Çünki izdihamlı olmayacağı halda dünyada Xankəndidə yaşayan ermənilərin sayı haqda şişirdilmiş rəqəm ifşa olunacaqdı. Belə ki, ermənilər cidd-cəhdlə Qarabağda 120 min erməninin yaşadığını bildirir, halbuki separatçıların rəhbəri Araik Arutyunyan 2021-ci ilin sentyabrında 30-35 min civarında erməni icmasının burda qaldığını "təəssüflə" elan etmişdi.

Yəni 120 min deyil, hətta rus sülhməramlıların 2020-ci ilin 14 noyabrından başlayaraq, daşıyıb gətirdiyi və rəsmən qeyd etdiyi 52,7 min erməninin də burada qalmadığı hər kəsə bəllidir. Onların yarısı köçürüldükdən və burada qeydə düşdükdən sonra Ermənistana və yaxud digər ölkələrə gediblər. Xankəndidə "qeydə düşmək" isə öz maraqlarına daxildir. İrəvan hakimiyyəti Qarabağda yaşamağa davam edənlərə Ermənistana gedənlərdən iki dəfə artıq aylıq müavinət verir, həmçinin onların bütün kommunal xərclərini Ermənistan ödəyir.

Qarabağda yaşamağa məcbur edilmələrinə baxmayaraq, ermənilərin burada yaşamaq istəmədiyi aydındır. Çünki heç bir perspektiv, inkişaf yoxdur. Erməni separatçıların isə erməniləri zorla bu ərazilərdə saxlamaqla yalnız öz maraqlarını güdürlər: mümkün olduqca, daha çox Azərbaycan sərvətlərini talamaq və varlanmaq.

Vardanyan da bu mitinqlərə heç də öz pulunu xərcləmir. O, aksiyalara "sərmayə qoyur", əvəzində isə Azərbaycanın qızıl və mis-molibden yataqlarını talamaqla, külli miqdarda pul qazanır. Başqa sözlə, Vardanyan "bizneslə" məşğuldur.

Xatırladaq ki, Ermənistan Qarabağda yaşayan erməni icmasına külli miqdarda vəsait ayırır və 2023-cü il üçün bu rəqəm artıq 370 milyon dollar qalxıb. Guya bu məbləğ işçilərin maaşına, kommunal xərclərin ödənməsinə, təqaüd və pensiyalara xərclənir.

Bu vəsaitin deyilən xərclər üçün həddən çox olduğunu dəfələrlə bildirmiş, ayrılan pulun əhəmiyyətli hissəsinin Qarabağda məskunlaşan qanunsuz silahlı birləşmə üzvlərinin saxlanmasına və silah alınmasına xərcləndiyi ehtimalını irəsi sürmüşdük.

Bugünkü aksiya bir daha təsdiqlədi ki, Xankəndi və ətrafında təxmin etdiyimizdən daha çox qanunsuz silahlı birləşmə və erməni hərbi hissələrinin qalıqları var. Qeyd etdiyimiz kimi, onlardan bir çoxu mülki paltarda aksiyaya qatılsa da, bəziləri hərbi geyimdədir./Axar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3408   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021