GUAM-ın Baş katibindən İlham Əliyevə təbrik məktubu
GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Prezident.az xəbər verir ki, məktubda deyilir:
"Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.
Sizin beynəlxalq hüququn normalarına söykənən əsas prinsiplərinizdə təsbit olunduğu kimi, müharibədən sonra sülhün, sabitliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində yorulmaz, ardıcıl və əlaqələndirilmiş səylərinizi yüksək qiymətləndirir və dəstəkləyirik.
Biz işğaldan azad edilmiş Azərbaycan torpaqlarının bərpa edilməsi və yenidən qurulması, bu ərazilərin ölkənin sosial-iqtisadi həyatına inteqrasiyası istiqamətində əldə olunan uğurlara heyranıq.
Biz, həmçinin yeni yaranmış beynəlxalq təhlükəsizlik və əlaqə baxımından strateji əhəmiyyəti getdikcə artan regionumuzda sülhün, sabitliyin, əməkdaşlığın və inkişafın təşviq edilməsi üçün Sizin rəhbərliyinizlə GUAM çərçivəsində Azərbaycan Respublikası ilə əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə ümid edirik və bunu səbirsizliklə gözləyirik.
Zati-aliləri, fürsətdən istifadə edərək bir daha doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, eləcə də güclü, müasir, demokratik və firavan Azərbaycanın daha da inkişafı naminə fəaliyyətinizdə mühüm nailiyyətlər əldə etmək üçün Sizə möhkəm cansağlığı və güc-qüvvət arzulayıram".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
Bakıda yaşayış binasında ilan peyda olub - Sakinlər təşvişdə
"BakıKart"ın qiyməti ARTDI
Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı
"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?
Axşam içilən spirtli içkiyə görə səhər cərimə yazıla bilər? - CAVAB
Bakıda Ağ Amerika kəpənəyinə qarşı mübarizə gücləndirilib - ağaclarda dərmanlama işləri aparılır
Qəza zamanı çaya düşərək ölən şəxs hərbi qulluqçu imiş
Sabah Bakının 4 rayonunun bəzi ərazilərində su olmayacaq
Bakıda musiqiçini maşın vurub öldürdü
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni çimərlik istifadəyə verildi - Fotolar
Arzum məhkəmə zalında həbs edildi - Video
Dünyanın ən qəribə və uğursuz smartfon modelləri məlum olub
Dənizçilik tarixinın böyük bir ayıbı: Üç dəqiqəyə batan "cəhənnəm gəmisi" tapıldı
Bal ayından qayıdan gənc, qəzaya yardım etmək istəyərkən faciəvi şəkildə öldü