"Ukraynadakı müharibə dünya nizamını pozan ən böyük problemdir"-Gürcüstanın baş naziri
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Rusiyanın fevralın 24-də Ukraynada apardığı müharibənin dünya nizamını alt-üst etdiyini deyib.
Sonxeber.az xəbər verir ki, Qaribaşvili paytaxt Tbilisidə keçirilən Səfirlər Konfransı 2022-nin açılışındakı çıxışında bu il regional və qlobal hadisələri dəyərləndirib.
"Rusiyanın ədalətsiz hərbi təcavüzü, Ukraynadakı müharibə dünya nizamını alt-üst edən ən böyük problemdir və ilin ən mühüm hadisəsidir" ,- deyə Qaribaşvili qeyd edib.
"Arzumuz bu müharibənin bir an əvvəl bitməsidir, çünki bu müharibə təkcə Ukraynanın deyil, bütün Avropanın və regionumuzun təhlükəsizlik arxitekturasını təhdid edir" ,- deyə nazir əlavə edib.
Qaribaşvili bəyan edib ki, Ukraynadakı müharibəyə və dünya miqyasında iqtisadi problemlərə baxmayaraq, ölkəsi bu il ikirəqəmli iqtisadi artıma nail olub.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 892 Tarix: 26 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT
"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa
30 iyunAlyona Əliyeva sərgidə - Fotolar
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:
1 iyul"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA
Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin
18 iyunİƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin
25 iyunPrezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam
25 iyunPrezident Lyayenlə təkbətək görüşdü - Fotolar
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
1 iyul