İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Andrey Belyaninov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Prezident.az xəbər verir ki, məktubda deyilir:
"Doğum gününüz münasibətilə Sizi Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Respublikasının bu gün cəmiyyətin bütün sahələrində müşahidə etdiyimiz sanballı nailiyyətləri əməksevər xalqınızın quruculuq və yaradıcılıq, ölkənin istehsal və elmi potensialının daim təkmilləşməsinin nəticəsidir.
Bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Bu tarixi inkişafın əldə edilməsində Sizin – xalqın həqiqi liderinin çox böyük rolu var. Dövlətçiliyin möhkəmləndirilməsi, ümdə sosial problemlərin səmərəli həlli Sizə ölkə vətəndaşlarının geniş dəstəyini qazandırıb. Onlar özlərinin və övladlarının gələcəyinə görə rahatdırlar və öz Prezidentlərinə tam etimad bəsləyirlər.
Ölkədə səmərəli sosial dialoq sistemi fəaliyyət göstərir, əməkçilərin və əmək kollektivlərinin hüquq və azadlıqlarının etibarlı təminatı yaradılıb. Bu, demokratik təsisatların yüksək dərəcədə inkişafına dəlalət edir.
Bu xoş fürsətdən istifadə edərək, həmkarlar ittifaqları hərəkatının fəaliyyətinə yetirdiyiniz daimi diqqətə görə Sizə səmimi təşəkkürümü bildirmək istərdim.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Vətən naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Doğum gününüz münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və öz adımdan ən səmimi təbriklərimi qəbul edin.
İcazə verin, Sizə möhkəm cansağlığı, ruh yüksəkliyi və ali dövləti fəaliyyətinizdə uğurlar diləyim.
Sizə və yaxınlarınıza uzun ömür, əmin-amanlıq, ən xoş günlər diləyirəm".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 872 Tarix: 27 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA
Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona
11 sentyabr 2021Zakir Həsənovdan türkiyəli generala başsağlığı
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu
11 sentyabr 2021ABŞ və Yunanıstan arasında hərbi QƏRAR
ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində
13 sentyabr 2021İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis
29 avqust 2021XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB
"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans
11 sentyabr 2021Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a
7 sentyabr 2021İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO
Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7
11 sentyabr 2021