15 yaşında ərə gedib evdə uşaq doğan qızın faciəsi...

15 yaşında ərə gedib evdə uşaq doğan qızın faciəsi...Bakıda 15 yaşında ailə quran yeniyetmə qızın evdə doğuş həyata keçirməsi və xəstəxanada vəfat etməsi məlum olub.

Sonxeber.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib. Məlumata görə, Lənkəran rayonu, Daşdatük kənd sakini, 1993-cü il təvəllüdlü Mayıl Hadıyev 2021-ci ildə həmkəndlisi, 2006-cı ildə anadan olmuş Güllü Babayeva (ad və soyad şərtidir) ilə toy mərasimi edərək ailə qurub. Lakin qız yetkinlik yaşına çatmadığından onların izdivacı rəsmi qeydiyyata alınmayıb. Daha sonra onlar Bakı şəhəri, Binə qəsəbəsində G.Babayevanın anasının evinə köçərək yaşayıblar. Bu ilin fevralında 16 yaşına çatmayan qız hamiləliyin son ayında evdə uşaq dünyaya gətirib. Nəticədə körpə boğazına cift dolanması səbəbindən ölüb, ağır vəziyyətdə xəstəxanaya gətirilən Güllü Babayevanın da həyatını xilas etmək mümkün olmayıb.

Fakt üzə çıxdıqdan sonra M.Hadıyev barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb. Cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə mərhum G.Babayevanın anası bildirib ki, Mayıl cinayət məsuliyyətindən yayınmaq üçün doğuşun evdə olmasını tələb edib: "Güllü mənim yeganə uşağım idi. 27 aprel 2021-ci il tarixdə Güllü öz istəyi ilə Mayılla Binə qəsəbəsi Südçülük sovxozu yaşayış massivindəki evimizdə nişanlandı. Nişandan təxminən bir həftə sonra Mayılın anası və Mayıl Güllünü 3-4 günlük Lənkəran rayonu, Daşdatük kəndinə gəzməyə aparmaq istədiklərini dedilər. Qızımın da istəyini nəzərə alıb etiraz etmədim. 4 gün sonra zəng edərək qızı nə vaxt geri gətirəcəklərini soruşdum. Mayılın anası Güllünün artıq onun gəlini olduğunu dedi. Polisə şikayət etmək istəsəm də, qızım şikayət etməməyimi, yoxsa onu bədbəxt edəcəyimi, öz istəyi ilə Mayıl ilə cinsi əlaqədə olduğunu dedi.

Təxminən iki ay sonra Güllü Bakıya gələrək hamilə olduğunu dedi və Mayılla birgə mənim evimdə yaşamağa başladı. 9 aylıq hamilə olanadək mənimlə birgə yaşayıb. 05 fevral 2022-ci il tarixə Güllünün doğum vaxtı müəyyən edilmişdi. Fevralın 4-də vəziyyəti ağırlaşdı. Mayıl qızımı xəstəxanaya aparacağım halda məni və qızımı öldürəcəyini dediyi üçün uşağın doğumuna kömək üçün ara həkimi çağırdım. Uşaq doğulsa da, cift boğazına dolandığı üçün öldü. Güllünün çoxlu qan itirdiyini görüb təcili tibbi yardıma zəng etdim və onu 3 saylı şəhər xəstəxanasına apardıq. Lakin qızım çoxlu qan itirdiyindən xəstəxanada öldü. Yeganə övladım olan Güllü və onun doğulmamış uşağı öldüyündən Mayıldan şikayətçiyəm, ona ağır cəza təyin edilməsini xahiş edirəm".

Təqsirləndirilən şəxs məhkəmədəkə ifadəsində hüquqi savadı olmadığından 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmağın cinayət məsuliyyəti yaratmasını bilmədiyini deyib.

Xəzər Rayon Məhkəməsi M.Hadıyevi Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilib. Ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. 29 yaşlı M.Hadıyev məhkəmə zalındaca həbs edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2543   Tarix: 27 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtkin hərbçiləri axtararkən şəhid olan İlkinin anası vəfat etdi

Vətən müharibəsindən sonra itkin düşmüş hərbçilərimizin axtarışı zamanı minaya düşərək şəhid olan İlkin Bayramovun anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhid anası yaşadığı Ağstafa rayonunda dünyasını dəyişib. O, ötən gün doğma kəndində dəfn edilib. Qeyd edək ki, İlkin Bayramov Vətə

13 oktyabr
.

Məktəbli forması ətrafında informasiya savaşı: Azərbaycan təhsilini hədəfə alan kampaniyaların arxasında nə dayanır?

Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələr təkcə geyim qaydaları ilə məhdudlaşmamalıdır. Məsələnin mahiyyəti təhsil mühitində bərabərliyin qorunması, uşaqların sağlam sosial mühitdə yetişməsi, milli-mənəvi dəyərlərin aşılanması və cəmiyyətin xarici informasiy

13 oktyabr
.

İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara

13 oktyabr
.

Vahid məktəbli forması ətrafında müzakirələr: YAP-ın mövqeyi və Azərbaycan-Türkiyə parlamentlərarası həmrəyliyinin mesajı

Vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələr təkcə təhsil müəssisələrində geyim qaydaları ilə bağlı məsələ deyil. Bu mövzu, eyni zamanda, təhsildə bərabərlik, sosial məsuliyyət, milli-mənəvi dəyərlər, uşaqların psixoloji inkişafı və cəmiyyətin dezinformasiyaya qarşı dayanıqlılığı baxımında

14 oktyabr
.

"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov

"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsi

14 oktyabr
.

"Dünyəvilik təhsil sisteminin müstəqilliyinin və bütün şagirdlər üçün vahid hüquqi prinsiplərin qorunmasıdır" - Könül Nurullayeva

"Bəzi qərəzli qüvvələrin məktəblərdə daxili intizam qaydalarının və vahid geyim forması ətrafında məsələləri məqsədli şəkildə siyasiləşdirməsi, ictimai narazılıq yaratmaq və cəmiyyətdə qarşıdurma formalaşdırmaq vasitəsinə çevirməyə çalışması yolverilməzdir. Bu qərəzli yanaşma, hər şeydən əvvəl

13 oktyabr
.

Vahid məktəbli forması təhsildə bərabərliyin təminatı, informasiya manipulyasiyası isə milli təhlükəsizliyə çağırışdır

Vahid məktəbli formasının tətbiqi yalnız şagirdlərin zahiri görünüşü ilə bağlı məsələ deyil. Bu, məktəb mühitində sosial bərabərliyin möhkəmləndirilməsi, uşaqlar arasında ayrı-seçkiliyin azaldılması, təhsil müəssisələrində nizam-intizamın gücləndirilməsi və vahid təhsil mədəniyyətinin formalaşdırılmas

13 oktyabr
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

13 oktyabr
.

İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi açıq müşahidə olunur". xəbər verir ki, bu barədə Media və Yayım Şurasının açıqlamasında deyilir. Bildirili

14 oktyabr