Şəhid xanımı: "Axırıncı iş günü idi, gəlişini gözləyirdik" - FOTO

Şəhid xanımı: "Axırıncı iş günü idi, gəlişini gözləyirdik" - FOTO"Həmin gün axırıncı iş günü idi. Səhəri, dekabrın 15-i evə gələcəkdi. Biz onun gəlişini gözləyirdik, mən ona nələr hazırlamışdım. Çoxlu yeməklər bişirmişdim. Qismət olmadı".

Bu sözləri "Qafqazinfo"ya 2022-ci il dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan baş gizir Zöhrab Hümbətovun həyat yoldaşı Nurlanə Hümbətova onunla bağlı xatirələrini bölüşərkən deyib.

Onun sözlərinə görə, Z. Hümbətov 20 il idi ki, hərb sahəsində olub. Yaxşı xidmət etdiyinə görə "Komando"ya seçilib:

Şəhid xanımı: "Axırıncı iş günü idi, gəlişini gözləyirdik" - FOTO"Kəşfiyyata keçəndən sonra onu Kəlbəcərə göndərdilər. Orada 2 il idi ki, işləyirdi. Oktyabrın 22-də xidmətinin 20 ili tamam oldu və pensiyaya çıxmaq istəyirdi. Evə gəlib hərbi biletini apardı ki, pensiyaya çıxacaq. Lakin qismət deyilmiş.

Evə gəlməyini uşaqlar çox gözləyirdilər. Biləndə ki, gələcək elə sevinirdilər... Sevinirdilər ki, ataları onları məktəbə aparacaq. Evdə olmurdu, heç vaxt onları məktəbə apara, gəzdirə bilmirdi. Ona görə yolunu həsrətlə gözləyirdilər".

N. Hümbətova deyir ki, həyat yoldaşı xasiyyətcə çox şən, deyib-gülən olub:

Şəhid xanımı: "Axırıncı iş günü idi, gəlişini gözləyirdik" - FOTO"Evə gələndə də musiqini qoşar, uşaqlarla oynayardı. 11 ildir evliyik, bu dövrün yarısını çöllərdə oldu. Bundan sonra uşaqların yanında olacaqdı, o da qismət olmadı. Vətən müharibəsindən əvvəl Aprel döyüşləri, sonra Tovuz döyüşləri, bu ilin sentyabrındakı döyüşlərdə iştirak edib. Müharibə vaxtı əlaqə saxlaya bilmirdik. Ancaq arada zəng edib deyirdi ki, yaxşıyam, vəssalam. Evə gələndən sonra da danışmazdı. Deyirdi ki, hərbi sirri evdə danışmaq olmaz.

Torpaqlarımızın azad olunmasına hamı kimi sevinirdi. Amma şəhidlərimizə görə çox pis olurdu. Neçə il bir yerdə işlədiyi yoldaşları da şəhid olmuşdu, həmişə onları düşünürdü".

Şəhid xanımının sözlərinə görə, həyat yoldaşı həmişə əsgərlərinə qayğı ilə yanaşıb:

"Əsgərlərlə münasibəti də bütün hərbçilər kimi idi, onlara övladları kimi baxırdı. Evdən gedəndə hər şey qoyardım, yolüstü şirniyyat alardı. Çaydan almışdı, deyirdi əsgərlərə çay qoyaram. Onlara çox bağlı idi. Telefonuna zəng edəndə bəzən məşğul olurdu. Deyirdi, telefonu əsgərlərə verirəm ki, valideynləri ilə danışsınlar. Əsgərlərini çox istəyirdi".

Şəhid xanımı: "Axırıncı iş günü idi, gəlişini gözləyirdik" - FOTON. Hümbətova deyir ki, həyat yoldaşı işğaldan azad olunan torpaqlardan çox danışardı, xüsusən də Kəlbəcərdən. Bir gün o torpaqlara övladları ilə birgə getmək qəhrəman hərbçimizin arzusu imiş:

"Murovu keçib Kəlbəcərə getmələrindən, rayonun gözəlliklərindən danışardı. İstisuya heyran olmuşdu. Oradan uşaqlara isti su gətirmişdi. Arzusu var idi, bizə deyirdi ki, yollar açılan kimi sizi ora aparacağam.

Oğlumuz Turanın 7 yaşı var, qızlarımız Günel və Gülnarə 10 və 11 yaşlarındadırlar. Uşaqlarının hamısının təhsil almasını istəyirdi. Deyirdi Bakıda universitetdə oxuyarsınız. Uşaqlar da yaxşı oxuyurlar, inşallah onun arzusunu yerinə yetirərlər".

Qeyd edək ki, şəhid Hümbətov Zöhrab Məmməd oğlu 1984-cü il Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olub. O, 2022-ci il dekabrın 14-də Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində 3 hərbçi yoldaşı ilə bərabər şəhid olub. Hərbçimiz Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.

Şəhid xanımı: "Axırıncı iş günü idi, gəlişini gözləyirdik" - FOTOŞəhid xanımı: "Axırıncı iş günü idi, gəlişini gözləyirdik" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1968   Tarix: 27 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vahid məktəbli forması ətrafında informasiya mübarizəsi: Təhsil islahatına qarşı kampaniya, yoxsa ictimai müzakirə?

Azərbaycanda vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız geyim qaydaları prizmasından yanaşmaq məsələnin ictimai və siyasi əhəmiyyətini tam əhatə etmir. Təhsil cəmiyyətin gələcəyini müəyyənləşdirən strateji sahədir. Məktəblərdə formalaşan düşüncə tərzi, milli-mənəvi dəyərlər

13 oktyabr
.

"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video

"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik

13 oktyabr
.

Vahid məktəbli forması ətrafında informasiya mübarizəsi: Təhsil, milli təhlükəsizlik və İranın mümkün təsir strategiyası

Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi yalnız təhsil sisteminin daxili qaydaları ilə məhdudlaşmır. Bu təşəbbüs sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və uşaqların gələcək dünyagörüşü baxımından da əhəmiyyət daşıyır. Mövzu ətrafında aparılan ictimai müzakirələr is

13 oktyabr
.

Ordumuzun ilk qadın snayperi vəfat etdi

I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub

14 oktyabr
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12 oktyabr
.

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan "44" bədii filmi ictimaiyyətə təqdim olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, filmi

13 oktyabr
.

İran Azərbaycan uşaqlarını necə "zəhərləyir"? - Məktəbli forması üzərindən ideoloji təbliğat

Azərbaycan məktəblərində vahid geyim qaydaları müəyyən edilib və həmin qaydalara hər kəs əməl etməlidir. Məktəb özbaşına davranışın deyil, nizam-intizamın, məsuliyyətin və qanunlara hörmətin formalaşdığı məkandır. Lakin Azərbaycanda məktəbli forması və hicabla bağlı məsələlərin İran mediasında qabardılmas

13 oktyabr
.

Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır

"Azərbaycan cəmiyyətində dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulması ölkəmizdə formalaşan tolerantlıq mühiti vətəndaşların fərdi inanclarını sərbəst şəkildə ifadə etməsinə imkan yaradır. Bu kontekstdə vətəndaşların inancları ilə baölı geyim tərzi və baş örtüyü məsələsinə yanaşarkən

13 oktyabr
.

Kəlağayı - milli kimliyimizin, mənəvi dəyərlərimizin və qədim sənətkarlıq ənənələrimizin rəmzi

Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni irs xalqımızın tarixini, mənəvi dünyasını və özünəməxsusluğunu əks etdirən ən mühüm sərvətlərdəndir. Bu zəngin irsin ayrılmaz hissəsi olan kəlağayı isə yalnız qadınların ənənəvi baş örtüyü deyil, Azərbaycan qadınını

13 oktyabr