Sexdə faciə - Usta üzərinə maşın aşdığı üçün öldü
Bakıda usta üzərinə avtomobil aşması nəticəsində ölüb.
Bu barədə Sonxeber.az-a Xətai Rayon Prokurorluğundan məlumat verilib.
Dekabrın 27-si saat 18 radələrində paytaxtın Xətai rayonu, Zığ şosesində yerləşən avtotəmir sexində usta işləyən 1968-ci il təvəllüdlü Ələddin Abbasovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırma zamanı Ələddin Abbasovun sexdə təmir etdiyi avtomobilin aşması nəticəsində aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1471 Tarix: 28 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
"Azərbaycanda din dövlətdən, məktəb də dindən ayrıdır". "Qafqazinfo" xəbər verir ki, bunu Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə "Real TV"yə müsahibəsində bildirib. "Biz dövlətin qərarlarına qarşı heç bir şey demək iqtidarında deyilik
13 oktyabrOrdumuzun ilk qadın snayperi vəfat etdi
I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub
14 oktyabrMəktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabr