"Növbəti hədəf Qərbi azərbaycanlıların öz torpaqlarına qovuşmasıdır" - DEPUTAT
"Tezliklə bütün vətəndaşlarımız, eləcə Qərbi azərbaycanlılar öz doğma yurd-yuvalarına geri qayıdacaq".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə deyib.
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra qərbi azərbaycanlılarda bu inam daha da artdı:
"İki öncə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycanın Müzəffər ordusu 30 illik Qarabağ həsrətinə son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdi. Artıq Dağlıq Qarabağ münaqişəsi deyilən bir anlayış yoxdur. Azərbaycanın Müzəffər Ordusunun Ali Baş Komandanı İlham Əliyev son 200 ilin ən şanlı zəfər tarixini yazdı. Cənab prezident İlham Əliyev Ali Baş Komandan kimi qətiyyəti, iradəsi, diplomat kimi müdrikliyi və humanist davranışı ilə torpaqlarımızın işğaldan azad olunmasına nail olaraq bizə qalib xalqın nümayəndəsi qürurunu yaşatdı. Növbəti hədəf isə Qərbi azərbaycanlıların öz torpaqlarına qovuşmasıdır".
Deputat vurğulayıb ki, cənab prezident İlham Əliyev Qərbi Azərbaycan İcması İctimai Birliyində ziyalılarla keçirdiyi görüşdə qeyd etdi ki, "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir". Təssüf ki, tarix boyu erməni vandalları soydaşlarımıza qarşı misli görünməmiş vəhşiliklər törətmiş, işğal etdikləri şəhər və rayonlarımızda, eləcə də Qərbi Azərbaycanda dini və mədəniyyət abidələrimizi dağıdaraq azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Lakin ermənilərin bu arzusu da gözlərində qalıb. Ermənilər bu illər ərzində Qərbi Azərbaycan torpaqlarının azərbaycanlılara aid olması həqiqətini silə bilməyiblər. Cənab prezident İlham Əliyevin hər çıxışında vurğuladığı kimi "Biz əzəli torpaqlarımıza mütləq qayıdacağıq və bu bizim həyata keçirdiyimiz siyasətin əsas qayəsidir".
Əminəm ki, biz tezliklə Qərbi Azərbaycan torpaqlarında da Azərbaycanın üçrəngli bayrağının dalğalandığını görəcəyik. Cənab prezident İlham Əliyevin Prezident İlham Əliyevin öz əvvəlki ad günlərini məcburi köçkünlərlə qeyd etməsi və bu ildə 24 dekabrda Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşməsi bu inamı daha da artırdı".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı