Bir sıra məhkəmələrə sədr, sədr müavinləri və hakimlər təyin edilib - SİYAHI

Bir sıra məhkəmələrə sədr, sədr müavinləri və hakimlər təyin edilib - SİYAHIPrezident İlham Əliyev Apellyasiya məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri sədrlərinin, sədrləri müavinlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,

Apellyasiya məhkəmələri üzrə:

İlham Məmməd oğlu Cəfərov Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini təyin edilsin;

Teyyub Asif oğlu Muxtarov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;

Zaur Mirzağa oğlu Allahyarov Şirvan Apellyasiya Məhkəməsinin sədrinin müavini təyin edilsin;

Məmməd Allahverdi oğlu Məmmədov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilsin;

Rafael Əmir oğlu Eyvazov Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin;

İlham Qoşunəli oğlu Əsədov Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

Elçin İsgəndər oğlu Xasməmmədov Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

Ağır cinayətlər məhkəmələri üzrə:

İsmayıl Kamil oğlu Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Elxan Xasay oğlu Süleymanov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin;

Şəlalə Akif qızı Həsənova Bakı İnzibati Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədrinin müavini təyin edilsin;

Hərbi məhkəmələr üzrə:

Əli Ziya oğlu Süleymanov Füzuli Hərbi Məhkəməsinin sədri təyin edilsin;

Vüqar Kamal oğlu Məmmədov Gəncə Hərbi Məhkəməsinin sədri təyin edilsin;

İlqar Məsail oğlu Quliyev Tərtər Hərbi Məhkəməsinin sədri təyin edilsin;

Zeynal Qurban oğlu Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı Hərbi Məhkəməsinin hakimi təyin edilsin;

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Azər İslah oğlu Paşayev Bakı Ağır Сinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Həbib Bəhram oğlu Həsənov Bakı Hərbi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

İlqar Zahid oğlu Qaralov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

İlham Əziz oğlu Kərimli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Faiq Adil oğlu Qasımov Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Vidadi Kamal oğlu Qasımov Şəki İnzibati Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Rasim Sarı oğlu Kazımov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri təyin edilsin;

Rayon (şəhər) məhkəmələri üzrə:

Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin sədri təyin edilsin;

Sulduz Paşa oğlu Ləzimov Ağcabədi Rayon Məhkəməsinin sədri təyin edilsin;

Elşad Abdulla oğlu Bayramov Ağdam Rayon Məhkəməsinin sədri təyin edilsin;

Hümbət Qamuna oğlu Səlimov Balakən Rayon Məhkəməsinin sədri təyin edilsin;

Ramiz Vəliş oğlu Nurullayev Beyləqan Rayon Məhkəməsinin sədri təyin edilsin;

Gündüz Qasım oğlu Abbasov Bərdə Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Vüsal Adil oğlu Cəbrayılov Cəlilabad Rayon Məhkəməsinin sədri təyin edilsin;

Aqil Əlisa oğlu Musayev Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Toğrul Məhəmməd oğlu Məmmədov Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Elçin Firudin oğlu Qurbanov Şirvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göyçay Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Zaur Nazim oğlu Hüseynov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Xıdır İnqilab oğlu Quliyev Xaçmaz Rayon Məhkəməsinin sədri təyin edilsin;

İlqar Hidayət oğlu Cabbarov Şirvan Kommersiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xızı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Həsən Salman oğlu Qəniyev Kəlbəcər Rayon Məhkəməsinin sədri təyin edilsin;

Samir Əlibala oğlu Məmmədov Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Quba Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Anar Adil oğlu Qasımov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qusar Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Cavad Cavanşir oğlu İbrahimov Laçın Rayon Məhkəməsinin sədri təyin edilsin;

Kamran Şakir oğlu Süleymanov Oğuz Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Lənkəran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Firdovsi Zülfü oğlu Əliyev Masallı Rayon Məhkəməsinin sədri təyin edilsin;

Nemət Şirkət oğlu Paşayev Şəmkir Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Ayaz Aydın oğlu Səlimov Masallı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naftalan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Ceyhun Tofiq oğlu Qədimov Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Neftçala Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Səadət Nazim qızı Zeynalova Samux Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Oğuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Adil Yaqub oğlu Vəliyev Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Salyan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Gündüz Əhməd oğlu Şirinov Gəncə Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Samux Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Bəylər Ramiz oğlu Ələkbərov Siyəzən Rayon Məhkəməsinin sədri təyin edilsin;

Fərid Murtuza oğlu Yaqubov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şamaxı Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Ceyhun Rasim oğlu Əhmədov Şəki Rayon Məhkəməsinin sədri təyin edilsin;

Etibar Zülfüqar oğlu Hümbətov Şamaxı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şirvan Şəhər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Sərdar Bəşərəddin oğlu Mehrəliyev Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şuşa Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Tahir Möhsüm oğlu Qubadov Zərdab Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Tərtər Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

Qafil Yavər oğlu Baxşıyev Tovuz Rayon Məhkəməsinin sədri təyin edilsin;

Hilal İsmayıl oğlu Xəlilov Ucar Rayon Məhkəməsinin sədri təyin edilsin;

Toğrul Məhəmməd oğlu Əliyev Yevlax Rayon Məhkəməsinin sədri təyin edilsin;

Vüqar Nemət oğlu Məmmədov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Zaqatala Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

İlqam Elxan oğlu Həsənquliyev Yardımlı Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Zərdab Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

İlqar Aslan oğlu Məmmədov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Nüsrət Fətulla oğlu Mirzəyev Biləsuvar Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Telman Osman oğlu Quliyev İmişli Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Muradağa Əhmədağa oğlu Qasımov Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lənkəran Rayon Məhkəməsinin hakimi təyin edilsin.

Zeynal Ağabala oğlu Zeynalov Masallı Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Rəşad Nizami oğlu Qoşqarlı Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilsin;

Gülnarə Fikrət qızı Tağızadə Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin.

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və həmin Qanunun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq:

Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin;

İslam Əli oğlu Əliyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi təyin edilsin.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1175   Tarix: 28 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda bir sıra qanunlar "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılıb

Prezident İlham Əliyev Milli Məclisin mayın 26-da qəbul etdiyi bir sıra qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. "Report"a istinadən xəbər verir ki, söhbət Mülki Məcəllə, Vergi Məcəlləsi, Rəqabət Məcəlləsi, "Müflisləşmə və iflas haqqında", "Taxıl haqqında"

25 iyun
.

"Cəmiyyətin sülhə hazır olması diplomatik qələbənin arxasında dayanan ən böyük mənəvi gücdür" - AÇIQLAMA

Azərbaycanın təklif etdiyi sülh gündəliyi həm Ermənistan, həm də digər dövlətlər tərəfindən yeni formalaşan geosiyasi reallıqlar fonunda qəbul edilib. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Mətin Məmmədli "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sül

11 iyun
.

"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT

"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa

30 iyun
.

Alyona Əliyeva sərgidə - Fotolar

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Bir Mədəniyyət Xəzinəsi: "Divanü lüğat-it-türk" adlı sərginin açılışı baş tutub. "Qafqazinfo" xəbər verir ki, açılış mərasimində Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva iştirak edib. Fotoları təqdim edirik:

1 iyul
.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun
.

İƏT Pİ-nin 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olundu

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnin

25 iyun
.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun
.

Prezident dövlət agentliyi ilə Esvatininin dövlət qurumu arasında memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl mexanizminin yaradılması sahəsində əməkdaşlığa dair Anlaşm

30 iyun
.

Prezident Lyayenlə təkbətək görüşdü - Fotolar

Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

1 iyul