17 gündür azərbaycanlı fəalları görməzdən gələn Volkov Xankəndidə separatçıların "hüzur"una çıxdı - VİDEO
Azərbaycan Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkov artıq 17 gündür ki, azərbaycanlı ekofəalların tələblərinə baxmayaraq onların qarşısına çıxmır.
Oxu.Az xəbər verir ki, məsələ erməni separatçılarına gələndə isə general xüsusi "həssaslıq" nümayiş etdirib.
Erməni separatçıların iki-üç gün ərzində Xankəndidə saldığı hay-küyə laqeyd qala bilməyən Andrey Volkov bu dəqiqələrdə onların "hüzur"una gedərək danışıqlara başlayıb.
Belə olan halda isə haqlı olaraq sual yaranır ki, necə ola bilər, Volkov azərbaycanlı fəalların qarşısına çıxmaq istəmir, ancaq dərhal erməni separatçılarla eyni masa arxasında əyləşməyə can atır? Bu suallara cavab tapılmadıqda isə məntiqi nəticə kimi qarşımıza bu fikir çıxır: rusiyalı general bu addımı ilə növbəti dəfə öz fəaliyyətinə kölgə salıb, sülhməramlıların komandanı kimi öz missiyasının tərəfsizliyini şübhə altında qoyub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Qızıl bazarında son vəziyyət
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Vahid məktəbli forması milli kimliyin qorunması və xarici müdaxilələrə qarşı ideoloji dayanıqlılığın gücləndirilməsi vasitəsi kimi
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı