Pensiyaya çıxan şəxslərə SEVİNDİRİCİ XƏBƏR - 3 il müddətinə...
Fərdi hesabında pensiya kapitalı olanlara 25 il staj hədiyyə edilməsi müddəti daha üç il uzadılıb.
Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Hazırda hədiyyə edilən həmin 25 il sığorta stajının hər il üçün 1 il azaldılması 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq olunacaq.
Prezident İlham Əliyevin təsdiq etdiyi yeni Qanun pensiya sistemində növbəti humanist yanaşmanın tətbiqinə, pensiya təminatına əlçatanlığın artırılmasına xidmət edən daha bir addımdır.
Belə ki, "Əmək pensiyaları haqqında" Qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir. Nəticədə o, hətta heç bir stajı olmadıqda belə, pensiya hüququ qazanır.
Hədiyyə edilən həmin 25 il sığorta stajının 2023-cü ilin əvvəlindən artıq hər il üçün 1 il azaldılması nəzərdə tutulurdu.
Məsələn, fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan şəxsə 2023-cü ildə artıq 25 il yox, 24 il, 2024-cü ildə 23 il, 2025-ci ildə 22 il və s. staj hesablanacaqdı və lazım olan minimum 25 illik stajın qalan hissəsi isə pensiya yaşına çatmış şəxsdən tələb olunacaqdı.
Təsdiqlənən yeni Qanun 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin 3 il uzadılmasını nəzərdə tutur. Yəni, qeyd edilən 25 il sığorta stajının hər il üçün 1 il azaldılması artıq 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq ediləcək.
Yaşlı əhaliyə humanist yanaşmanı göstərən bu islahat yaxın 3 ildə daha 30 minə yaxın şəxsin onlara 25 illik staj hədiyyə edilməsi nəticəsində pensiya hüququ əldə etməsinə, pensiya təminatının əhatəsinin daha da genişləndirilməsinə imkan verəcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2822 Tarix: 29 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Roşka" ləqəbli tiktokerə hökm oxundu
Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rövşən Süleymano
13 oktyabrVahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?
Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın
13 oktyabrMəktəb direktorunun maşınını yandıran həbs edildi - Video
Dünən paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimo
13 oktyabrChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım
"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati
13 oktyabrHamı intizamlı, səliqəli və vahid formada - Video
Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər
13 oktyabrAzərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur. Bu məlumat -ın sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən verilib. "13 oktyabr 2026-cı il tarixində saat 22:00-dan etibarən Azərbaycan Respublikasının dövlət informasiy
14 oktyabr136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb. Bu barədə -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub. Qeyd edək ki, ilkin məlumat
13 oktyabr