Akif Çovdarovun müsadirə olunmuş əmlakları geri qaytarıldı

Akif Çovdarovun müsadirə olunmuş əmlakları geri qaytarıldıLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklar geri qaytarılıb.

Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlaklar sahiblərinə geri qaytarılmalıdır.

Bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilmiş sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.

Sonxeber.az apa-ya istinadən, həmin əmlakların siyahısını təqdim edir:

"Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi 50 ünvanında yerləşən ticarət və xidmət sahəsindən (meyvə-tərəvəz bazarı) ibarət əmlak kompleksi (dəyəri 8.100.000 manat), Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 560 kvadrat metr torpaq sahəsi (dəyəri 95.000 manat), Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi (dəyəri 300.000 manat), Yasamal rayonu M. Xiyabani küçəsi 5-də yerləşən 250 kvadrat metr qeyri-yaşayış sahəsi (dəyəri 231.500 manat), Xətai rayonu M. Hadi küçəsində yerləşən binanın 147,4 kvadrat metr sahəyə malik 179 saylı mənzili (dəyəri 125.000 manat), Nəsimi rayonu, Bülbül prospekti ev 65, mənzil 38 (dəyəri 483.000 manat), Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsi (dəyəri 86.000 manat), Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsi (dəyəri 71.000 manat), Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kvadrat metr fərdi yaşayış evi (dəyəri 808.000 manat), Abşeron rayonu Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evi (dəyəri 700.000 manat), Abşeron rayonu, Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsi (dəyəri 60.000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsi (dəyəri 203.000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsi (dəyəri 59.500 manat), Xızı rayonu, Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsi (dəyəri 400.000 manat), Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələri (hər birinin dəyəri 15.000 manat), Şamaxı rayonu Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv.m, 264,6 kv.m, 250,1 kv.m. sahələrində 3 ədəd əsas tikili, 69,4 kv.m, 117,3 kv.m. sahələrində 2 ədəd köməkçi tikili (dəyəri 750.000 manat), Abşeron rayonu, Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin (dəyəri 4.310.000 manat), həmin ünvanda 0,2 hektar torpaq sahəsinin üzərində olan tikili (dəyəri 2.470.000 manat), Kürdəmir rayonu, Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsi (dəyəri 1.800 manat), Kürdəmir rayonu, Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsi (dəyəri 60.000 manat), Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kv.m, 24,8 kv.m, 318,3 kv.m, 28,8 kv.m, 16,7 kv.m, 96 kv.m, 28,8 kv.m. ümumi sahədən ibarət tikililər, 40,5 kv.m. tikintialtı sahəli talvar və 218,6 kv.m. tikintialtı sahəli hovuz (dəyəri 646.000 manat), Kürdəmir şəhəri "Ərşəli yeri" adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24.000 nar kolu (dəyəri 208.600 manat), Bakı şəhəri Nəsimi rayonu Seyidzadə 16 b küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadrat metr, 24,6 kvadrat metr, 18,60 kvadrat metr, 13,8 kvadrat metr, 16,0 kvadrat metrdən ibarət qarajlar (dəyəri 96.000 manat), Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı binanın (dəyəri 3.178.000 manat), Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binası(dəyəri 4.500.000 manat), Bakı şəhəri Adil Məmmədov küçəsi 143, mənzil 142. (dəyəri 145.000 manat)".

Bakı Apellyasiya Möhkəməsinin qərarı ilə Akif Çovdarovla birgə ittiham olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş əməkdaşı polkovnik Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub.

Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq - mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

2021-ci ilin dekabr ayında Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunmuş əmlakları ilə bağlı qərar elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1593   Tarix: 29 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Roşka" ləqəbli tiktokerə hökm oxundu

Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rövşən Süleymano

13 oktyabr
.

Vahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?

Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın

13 oktyabr
.

Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video

Dünən paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus "Kia" markalı avtomobilin yandırılması faktı araşdırılıb. DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimo

13 oktyabr
.

Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin təmin olunmasına necə təsir edir?

Məktəblərdə vahid geyim formasının tətbiqi şagirdlər arasında sosial fərqlərin azaldılması və bərabər mühitin yaradılması baxımından əhəmiyyətlidir. Çünki geyim bəzən uşaqlar arasında ailələrin maddi imkanlarından irəli gələn fərqlərin nəzərə çarpmasına, hətta müəyyən hallarda ayrı-seçkiliyə səbəb ol

13 oktyabr
.

Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır

"Azərbaycan cəmiyyətində dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulması ölkəmizdə formalaşan tolerantlıq mühiti vətəndaşların fərdi inanclarını sərbəst şəkildə ifadə etməsinə imkan yaradır. Bu kontekstdə vətəndaşların inancları ilə baölı geyim tərzi və baş örtüyü məsələsinə yanaşarkən

13 oktyabr
.

ChatGPT istifadəçilərlə hər məsələdə razılaşmayacaq - "OpenAI"dan yeni addım

"OpenAI" ChatGPT-nin istifadəçilərlə həddindən artıq razılaşmaq və onların fikirlərini əsassız şəkildə dəstəkləmək meylini azaltmağa çalışır. Şirkətin məqsədi çatbotun yalnız istifadəçinin eşitmək istədiklərini söyləməsi deyil, yanlış fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və alternati

13 oktyabr
.

Hamı intizamlı, səliqəli və vahid formada - Video

Şagirdlərin vahid formaya uyğun geyinməsi təhsil mühitində bərabərliyin qorunması və daxili intizam qaydalarına əməl olunması baxımından vacib amildir. "Qafqazinfo" xəbər verir ki, Naftalan şəhər 1 nömrəli tam orta və Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəblər

13 oktyabr
.

Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur. Bu məlumat -ın sorğusuna cavab olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən verilib. "13 oktyabr 2026-cı il tarixində saat 22:00-dan etibarən Azərbaycan Respublikasının dövlət informasiy

14 oktyabr
.

136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı

Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb. Bu barədə -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub. Qeyd edək ki, ilkin məlumat

13 oktyabr