Pensiya ilə bağlı XOŞ XƏBƏR - Artımlar bu tarixdən ödəniləcək
"Əmək pensiyaları haqqında" qanuna əsasən, bu aydan əmək pensiyaları indeksasiya olunaraq təxminən 15 faiz artırılmalıdır. Pensiyalar adətən ayın ortası ödənildiyi üçün artımların nə zaman veriləcəyi müzakirə mövzusu olub.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı, deputat Vüqar Bayramov fikirlərini bölüşüb.
Deputat bildirib ki, vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur:
"Bu ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu, o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda, gələn ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq.
Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq. Xatırladım ki, pensiyalar yardımlar nəzərə alınmaqla indeksasiya ediləcək. 2022-ci ildə pensiyaçılara 200 manat yardım ödənilib. Bu, aylıq olaraq 16,7 manatdır. Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği bu aydan 416,7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq. Bu, o deməkdir ki, 400 manat pensiya alan vətəndaşımızın pensiyası təxminən 62 manat artacaq".
Millət vəkili bildirib ki, 2022-ci ildə orta aylıq əməkhaqqında artımla bağlı rəsmi statistika yanvar ayının sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq:
"Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 10622 Tarix: 09 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-sentyabr aylarında 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib. Bu barədə -a AZAL-dan məlumat verilib. Bildirilib ki, onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktor
13 oktyabr"Roşka" ləqəbli tiktokerə hökm oxundu
Polis tərəfindən saxlanılan "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rövşən Süleymano
13 oktyabrPolisdən sürücülərə dəmir yolu keçidləri ilə bağlı XƏBƏRDARLIQ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dəmir yolu keçidlərinin təhlükəli yol sahəsi olması ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən -a verilən xəbərə görə, xəbərdarlıqda deyilir:. "Dəmir yolunun Salyan-Salmanlı sahəsində qorunmayan keçiddə, xöşbəxtlikdən maddi zərərlə nəticələnən bu qəza hələ də bu sahəd
13 oktyabrMəktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabrKəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə polkovnik Eyvazov Soltan Sərxoş oğlu vəzifəsində
13 oktyabrBakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib
12 oktyabr