"Bu gün idmanın bütün növlərinin inkişafı üçün dövlət tərəfindən lazım olan addımlar atılmaqdadır" - İqbal Məmmədov

"Bu gün idmanın bütün növlərinin inkişafı üçün dövlət tərəfindən lazım olan addımlar atılmaqdadır" - İqbal Məmmədov"Bu gün Azərbaycan özünü güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir".

Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, bu gün idmanın bütün növləri inkşafı və idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən bütün adımlar atılmaqdadır:

Bu gün dövlətimizdə sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Ölkəmizin bugünkü vəziyyəti bütün sahələrin inkişafı üçün böyük imkanlar yaradır. Eləcə də idman sahəsinin. İdmançılarımızın 2022-ci ildə qazandıqları qələbələr və ölkəmizdə yüksək səviyyədə təşkil olunan müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi tanıtdı. Ötən il idmançılarımız üçün uğurlu oldu. Keçən il beynəlxalq yarışlarda idmançılarımız 300-ü qızıl olmaqla 800-dən çox medal qazanıblar. İdmançılarımızın əldə etdiyi hər bir qələbə hamımızı qürurlandırır".

Deputat söyləyib ki, bu gün dünyada idman sahəsində rəqabət artır:

"Hər il yeni idman ölkələri meydana çıxır. Ona görə də hər il bu yüksək nəticələri göstərmək və öz gücünü təsdiqləmək heç də asan məsələ deyil. Dünya və Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etməkdədirlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunları qeyd etmək yerinə düşər. Bilirsiniz ki, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci oldu. Bu, ölkəmiz üçün tarixi qələbə idi. Keçən il Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görüldülər. İdmançılarımızın qardaş ölkədə əldə etdiyi bu qələbədə hər birimizi qürurlandırdı".

Deputat Azərbaycanda idmanın inkişafının ardıcıl xarakter daşıdığını vurğulayıb:

"Nəsillər dəyişsə də uğurlarımız sabit qalır. İllər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara ötürülür. Bu gün yetişən idmançı gənclər bizim bu sahədəki şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlarından əminəm. Çünki bu istiqamətdə dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmaqdadır. Düşünürəm ki, əldə etdiyimiz nailiyyətlərlə yetinməməliyik. Bundan sonra da gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. İnanıram ki, bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq.

Xüsusilə son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilibdir. Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. İdman həm fiziki güclə yanaşı həm də sağlamlıqdır. Görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Ən önəmlisi isə idman gənclərimizi pis vərdişlərdən uzaq qalması üçün ən gözəl seçimdir".

İqbal Məmmədov sonda idmanın hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsi olduğunu da qeyd edib:

"Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir dövlət üçün önəmli olmalıdır. Bu gün gənclərimizin idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bu gün bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Hesab edirəm ki, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilib, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləyə bilsin.

Tək idmançılarımız üçün deyil hər yaş kateqoriyasından olan vətəndaşlarımızın sağlam yaşaması və idmanla məşğul olması üçün ölkəmizdə bütün şərait yaradılmaqdadır. Belə ki, Bakı şəhərinin parklarının bir neçəsində insanlarımızın açıq havada idmanla məşğul olmaq üçün müxtəlif alətlər yerləşdirilib. Düşünürəm ki, bu təcrübə bütün bölgələrə şamil olunmalıdır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1398   Tarix: 10 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun Əmri ilə polkovnik Eyvazov Soltan Sərxoş oğlu vəzifəsində

13 oktyabr
.

Kəlağayı - milli kimliyimizin, mənəvi dəyərlərimizin və qədim sənətkarlıq ənənələrimizin rəmzi

Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni irs xalqımızın tarixini, mənəvi dünyasını və özünəməxsusluğunu əks etdirən ən mühüm sərvətlərdəndir. Bu zəngin irsin ayrılmaz hissəsi olan kəlağayı isə yalnız qadınların ənənəvi baş örtüyü deyil, Azərbaycan qadınını

13 oktyabr
.

DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi

Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar. Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutla

12 oktyabr
.

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlaması

Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti aşağıdakıları bildirir:. Uzun müddətdir ki, Türkiyənin bir sır

13 oktyabr
.

Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind

12 oktyabr
.

"Məktəbli forması eyni zamanda təhsil müəssisəsinə mənsubiyyətin və kollektiv ruhunun ifadəsidir" - Ülviyyə Həmzəyeva

"Məktəb yalnız bilik və bacarıqların əldə edildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial davranış qaydalarını, qarşılıqlı hörməti və birgəyaşayış mədəniyyətini öyrəndiyi mühüm təhsil və tərbiyə mühitidir. Bu baxımdan məktəbdə tətbiq olunan qaydalar, o cümlədən vahid məktəbl

12 oktyabr
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

12 oktyabr
.

Vahid məktəbli forması ümumi təhsil mühitinin formalaşmasına necə təsir edir?

Məktəblərdə vahid geyim formasının tətbiqi ümumi təhsil mühitinin formalaşması, intizamın qorunması və şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir. Eyni geyim forması şagirdlərin xarici görünüşü ilə bağlı fərqləri azaltmaqla diqqətin təhsilə, bilik və bacarıqların inkişafın

13 oktyabr
.

AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-sentyabr aylarında 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib. Bu barədə -a AZAL-dan məlumat verilib. Bildirilib ki, onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktor

13 oktyabr