Rasim Məmmədovun Aygündən aldığı evə qoyulan həbs götürüldü

Rasim Məmmədovun Aygündən aldığı evə qoyulan həbs götürüldü"Baku Steel Company"nin keçmiş rəhbəri Rasim Məmmədovun Xalq artisti Aygün Kazımovadan aldığı evin üzərinə qoyulmuş həbs qərarı ləğv edilib.

Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda elan olunmuş hökmdə qeyd olunub.

Məhkəmə belə qənaətə gəlib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən ev cinayət yolu ilə əldə edilməyib, bu əsasla həbs qərarı əsassızdır.

Qeyd edək ki, Rasim Məmmədov əvvəlki prosesdə həmin evi 2009-cu ildə Xalq artisti Aygün Kazımovadan aldığını demişdi.

Xatırladaq ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il azadlıqdan məhrum edilib. Bundan başqa, onun üzərinə həbs qoyulmuş 70 milyona yaxın əmlakları da müsadirə olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1501   Tarix: 10 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tibb üzrə fəlsəfə doktoru vəfat etdi (FOTO)

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Rufa Abdulla qızı Hüseynova vəfat edib. -ın məlumatına görə, o, dünən vəfat edib. Onun hansı səbəbdən vəfat etməsi məlum deyil

2 mart
.

FHN rəsmisi: "Daxil olan müraciətlərin 80 faizi əsassız və yalandır" - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə hər gün orta hesabla 6-8 min müraciət daxil olur. Təəssüf ki, daxil olan zənglərin 75-80 faizi əsassız, yalan və ya yanlış məlumatlara əsaslanan müraciətlərdir. BİG.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, bu rəqəmlər FHN-in "112"

1 mart
.

İranın yeni müdafiə naziri o oldu

General Məcid ibn əl-Rza İranın yeni müdafiə naziri təyin edilib. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Prezident Administrasiyası məlumat yayıb. Xatırladaq ki, ölkənin müdafiə naziri Əmir Nasirzadə İsrailin fevralın 28-də həyata keçirdiyi hərbi əməliyyatla

2 mart
.

8 Mart ölkəmizdə sevilən bayram kimi qeyd olunur

Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da 8 Mart Beynəxalq Qadınlar Günü sevilən bayram kimi böyük ruh yüksəkliyi ilə qeyd edilir. Çünki ölkəmizin qadınları buna layiqdirlər. Azərbaycan qadınları yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq olmaqla ana dilimizin, mədəniyyətimizi

2 mart
.

Şahbuza yarım metrdən çox qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər bölgələrdə yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə qar yağır. Qarın hündürlüyü Şahbuzda 37, Kişçayda (Şəki) 33, Əlibəydə (Zaqatala) 25, Xınalıq, Qrızda 24, Daşkəsəndə 22

2 mart
.

"Ev işi bacarıq məsələsidir, cinsiyyət yox" - AÇIQLAMA

Cəmiyyət dəyişir, texnologiya inkişaf edir, qadınlar təhsildə və karyerada daha fəal rol alır. Amma maraqlıdır ki, bir çox ailədə yemək bişirmək, ev yığışdırmaq, uşağa baxmaq kimi məişət işləri hələ də avtomatik şəkildə qadının "məsuliyyəti" kimi qəbul olunur. Bu bölgü yazılmamış qayda kim

2 mart
.

Azərbaycanda bu tarixdə qısa iş günü olacaq

Azərbaycanda 19 mart qısaldılmış iş günü olacaq. -a istinadən xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən 20-24 mart Novruz bayramı, 20-21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmı

2 mart
.

İlahi Eşq - Əbədiyyətin Sirri və Ədəbiyyatın Nəfəsi

İnsan ömrünün ən qədim və təməl sualı sevgidir. İnsanı sevməyə hansı hiss sövq edir, insan niyə gözəllik qarşısında heyrətlənir? Bir baxış və ya bir səs nədən insanın qəlbində fırtına qoparır, onun sakit həyatının axarını dəyişir? Bu suallar bəşər düşüncəsini əsrlər boyu məğul edib . Böyük sufi mütəfəkki

2 mart
.

Naxçıvanda maşınla vurulan gənc qız öldü

Naxçıvanda ağır yol qəzasında xəsarət alan gənc qız vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, bir neçə gün əvvəl baş verən qəzada xəsarətlər alan Ordubad rayon sakini Gülsüm Quliyeva yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Faktl

2 mart