Qarın yağmasının hansı faydaları var?
Artıq bir neçə gündür ki, Bakı sakinləri uzun müddət sonra yenidən qar sevincini yaşayırlar. Sonuncu dəfə belə güclü qar burada 2012-ci ildə müşahidə olunub. Qar sevənlər, yaşından asılı olmadan, evdə otura bilməyib özlərini küçəyə atırlar. Lakin diqqətli olmaq lazımdır ki. bu sevinc xəstəliklə bitməsin.
Bəs görəsən, hər yeri ağ örpəyə bürüyən qarın yağmasının insanlara nə kimi faydası var?
BiG.AZ-ın bu sualını həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu cavablandırıb.
Soyuq havanın müsbət cəhətlərindən danışan həkim soyuqdəymədən qorunmaq üçün təbii üsullardan yararlanmağı da məsləhət görüb:
"Qış xəstəliklərinə səbəb olan mikroorqanizmlər soyuq havalarda yaşamlarını davam etdirə bilmirlər. Digər tərəfdən də qar yağarkən çirkli havanın təmiz bir havaya dönməsinə şərait yaradır.
Biz adətən hər zaman soyuq hava görmürük.
Davamlı iş, ev və məktəb mühitlərində isti və qapalı şəraitdə oluruq. Beləliklə, soyuq havada yaşaya bilməyən mikroorqanizmlərin çoxalması və yoluxdurması üçün əlverişli bir vəziyyət ortaya çıxır. Ona görə də, təəssüf ki, qar yağarkən mikrobların ölməsinin havaya çıxmayan, daim qapalı mühitdə qalan insana faydası olmur.
Maraqlıdır ki, qar insanların ruh halına da müsbət təsir göstərdiyinə görə immunitetin artmasına təsir edir.
Bunlara baxmayaraq, soyuqlamadan qorunmaq üçün tədbir görməyə yenə də ehtiyac var. Fərdi gigiyenaya diqqət etmək, olduğumuz mühiti havalandırmaq və otağın istiliyini çox da yüksəltməmək lazımır. Hər kəslə öpüşüb-görüşmək vərdişini azaltmaq da məsləhətdir.
6-8 saat yuxu rejimini pozmamaq, mövsümə uyğun meyvə və tərəvəzlərlə qidalanmaq, həmçinin bitki çayları və alma sirkəsindən istifadə etmək tövsiyə olunur".
Dr. Eldaroğlu bu havalarda təbii immunitet artıran məcun hazırlamağı məsləhət görüb.
RESEPT:
Çörəkotu toxumu tozu 100 q
Buğda cücərtisi 100 q
Çiçək tozu 100 q
Zəncəfil 10 q
Hil 3 ədəd
Bal 600 q
Gündə 2-3 dəfə yemək və cökə çayı içmək məsləhətdir.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2022 Tarix: 11 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaşlandıqca əzələlərin niyə zəiflədiyinə dair yeni səbəb tapıldı
Alimlər yaşla əlaqədar əzələ zəifliyinin yalnız əzələ kütləsinin azalması ilə bağlı olmadığını müəyyən ediblər. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Araşdırmada sinirlər və əzələlər arasındakı əlaqənin yaşlandıqca pozulduğu, bunun isə əzələlərin gücünü azaltmağa kömək etdiyi müəyyə
27 sentyabrBədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama
"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bi
4 oktyabrYüksək təzyiq zamanı duzu nə ilə əvəz etmək olar? - 10 məhsul
Yüksək arterial təzyiqi olan insanlara qida rasionunda duzun miqdarını azaltmaq tövsiyə olunur. Lakin bu, yeməklərin dadsız olması demək deyil. Mütəxəssislər duz əvəzinə müxtəlif məhsullardan istifadə etməklə həm yeməyin dadını qorumağın, həm də natrium qəbulunu azaltmağın mümkün olduğunu bildirirlər
28 sentyabrRusiyada vəba yayılır: Azərbaycana keçmə riski varmı? - Ekspertdən AÇIQLAMA
Rusiyada vəba ilə bağlı yayılan məlumatlar fonunda xəstəliyin yayılma yolları və insan sağlamlığı üçün yarada biləcəyi risklər yenidən gündəmə gəlib. Vəba əsasən çirkli su və qida vasitəsilə yayılan, ağır ishal və qusma nəticəsində sürətli susuzlaşmaya səbəb ola bilən infeksiyadır. Ümumdünya Səhiyy
7 oktyabrSpirtli içki qəbulundan sonra gözlər niyə qızarır? - SƏBƏB
"Spirtli içki istifadəsi zamanı damarlar genişlənir. Bu zaman gözün ön səthindəki xırda damarların genişlənməsi gözlərdə qızartıya səbəb ola bilər. Bu zaman sulanma və digər narahatlıqlar da müşahidə edilə bilər". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbayca
9 oktyabrQışda uşaqları xəstə edən soyuq deyilmiş
"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd
26 sentyabrQan təzyiqini ölçərkən bu səhvləri etməyin: Nəticəni dəyişdirir
"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəyə təsir edə biləcək, tez-tez rast gəlinən, lakin o qədər də nəzərə çarpmayan səhvlər
27 sentyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabr