Zelenski: "Üçüncü dünya müharibəsi olmayacaq"
"Keçən ilin ən yaxşısı - sizsiniz. Azad dünyanın azad insanları..."
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski "Qızıl Qlobus" film mükafatının izləyicilərinə müraciəti zamanı deyib.
Ukrayna prezidentini amerikalı aktyor və rejissor Şon Penn təqdim edib. O, ötən ilin noyabrında Kiyevdə Zelenski ilə görüşüb və Ukrayna haqqında sənədli film çəkib.
Daha sonra Zelenski tamaşaçılara videomüraciət edib və 1944-cü ildə baş tutan ilk "Qızıl Qlobus"u xatırladıb.
"İkinci Dünya müharibəsi hələ bitməmişdi, amma vəziyyət dəyişmişdi, hamı kimin qalib gələcəyini bilirdi. Qarşıda hələ döyüşlər və göz yaşları var idi, məhz o zaman 1943-cü ilin ən yaxşı ifaçılarını təltif etmək üçün "Qızıl Qlobus" mükafatı yarandı... İndi 2023-cü ildir, Ukraynada müharibə hələ bitməyib, amma vəziyyət dəyişir", - deyə o qeyd edib.
Prezident vurğulayıb ki, bu müharibədə kimin qalib gələcəyi artıq bəllidir. Qeyd olunur ki, Zelenski Ukraynanın qələbəsi ilə bağlı proqnozunu açıqlayanda tamaşaçılar alqışlayıblar.
"Qarşıda hələ döyüşlər və göz yaşları var, amma indi mən dəqiq deyə bilərəm ki, keçən ilin ən yaxşısı kimdir. Bu - sizsiniz. Azad dünyanın azad insanları. Bizim azadlıq uğrunda ümumi mübarizəmizdə azad Ukrayna xalqının dəstəklənməsi ətrafında birləşənlər...
Üçüncü dünya müharibəsi olmayacaq, bu, trilogiya deyil. Ukrayna Rusiyanın torpaqlarımıza təcavüzünü dayandıracaq", - deyə Zelenski vurğulayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1286 Tarix: 11 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kos: Yalnız islahatlarda irəliləyən ölkələr Aİ-yə daxil ola biləcək
Yalnız islahatların aparılmasında və zəruri tələblərin yerinə yetirilməsində irəliləyiş əldə edən namizəd ölkələr Avropa İttifaqının üzvü ola biləcəklər. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Lüksemburqda Aİ-nin Xarici İşlər Şurasını
12 oktyabrUkrayna müharibəsində Ukrayna özü günahkardır? - Tusk Trampa eyham vurdu
Polşa Baş naziri Donald Tusk Ukraynada müharibənin başlaması və hələ də atəşkəs əldə olunmamasına görə Kiyevin günahlandırılmasını qəbuledilməz sayır. "AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, Tusk Varşavadakı Təhlükəsizlik Forumunda çıxış edərkən Ukraynada baş verənləri İkinci Düny
13 oktyabrCənubi Koreya: KXDR Yapon dənizi istiqamətində bir neçə raket buraxıb
Cənubi Koreya hərbçilərinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) bazar ertəsi Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Raketlərin uçuş məsafəsi təxminən 900 kilometr olub. xəbər verir ki, bu barədə "News1" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrini
12 oktyabrBritaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabrQanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu
12 oktyabrParisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrDünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13 oktyabrFransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11 oktyabr