"Prezidentin müsahibəsini 2023-cü ilin proqnozları adlandırmaq olar" - ELDƏNİZ ƏMİROV
"Prezidentin düz iki saat yarımdan artıq davam edən dünənki müsahibəsini 2022-ci ilin siyasi və iqtisadi anlamda yekunları və 2023-cü ilin proqnozları da adlandırmaq olar. Mənim diqqətimi müsahibədə daha çox cənab Prezidentin açıqladığı statistik məlumatlar cəlb etdi. Əvvələ ona görə ki, adətən bəzi məlumatlar aidiyyatı qurumlar tərəfindən vaxtında açıqlanmadığı üçün burada səsləndirilən bəzi məlumatlar bizim üçün çox əhəmiyyətli idi. İkinci bir diqqəti cəlb edən məqam isə prezidentin 100-dən artıq bu iqtisadi statistikanı hansısa kağıza baxmadan yadında saxlaması və dəqiq ifadə etməsi idi".
Bu sözləri Sonxeber.az-a iqtisadi ekspert Eldəniz ƏMİROV deyib.
O bildirib ki, müsahibə zamanı bir çox iqtisadi anonslar verildi.
"İonika-Adriatik dənizi layihəsi və Albaniyada qaz şəbəkəsinin yaradılması haqqında verilən məlumat Azərbaycanın Avropada mövqeyini möhkəmləndirək, Balkanlarda Azərbaycanı gücləndirəcək layihələrin anonsu idi. Rusiyanın silah bazarından çıxması və Azərbaycanın bu bazarında mövqeyinin genişlənməsinə dair açıqlama isə əslində ölkənin silah sənayesinin perspektiv hədəflərindən bir xəbər idi.Azərbaycanı guya Rusiya qazını idxal edərək, sonra Avropaya satmaqda günahlandıranlara da cənab Prezident dəqiq idxal-ixrac statistikası ilə verdiyi cavab, həm də Azərbaycana qaz lazım olduğu 2006-2007-ci illərdə Rusiyadan Azərbaycana "əl tutulmadığını" lazımı dairələrə çatdırılması idi. Hansı ki, o vaxt Rusiyadan qaz alışına son qoyuldu.
Transxəzər layihəsinə də münasibəti birmənalı oldu. Azərbaycana müraciət edilmədən təşəbbüs etməyəcəyini bildirdi. Digər 10-dan artıq ölkə iqtisadiyatı üçün önəmli anons sadalandı. Əslində bunların hər biri ayrı-ayrılıqda saatlarla şərh ediləcək mövzudur. Amma mənim üçün Prezidentin gələcək haqqında özündən ən böyük informasiya daşıyan ifadəsi isə bu oldu: "Sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar (ermənilər) burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər". Bu ifadədə bir kitab gözəl məlumat var".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1361 Tarix: 13 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrAtilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11 oktyabrQanlı gündəliyin 60 illik sirri: Evlilikləri cəmi 30 gün davam etdi!
I Dünya müharibəsində evləndikdən cəmi 30 gün sonra cəbhədə həyatını itirən avstraliyalı əsgərin kədərli hekayəsi düz 60 il sonra zibillikdə tapılan qanlı gündəliyi sayəsində üzə çıxıb. Üzərində güllə dəliyi və qan izləri olan gündəlik yarımçıq qalmış dramatik sevgi hekayəsini və müharibənin naməlu
12 oktyabrQazaxıstanın sabiq XİN rəhbəri Avstriyaya səfir təyin edilib
Qazaxıstanın sabiq xarici işlər naziri Yermek Koşerbayev ölkənin Avstriyadakı səfiri və Qazaxıstanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi təyin edilib. "Report" Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. Koşerbaye
13 oktyabrParisin ən qədim ərzaq bazarı yanıb
Parisin mərkəzində yerləşən və yerli sakinlər və turistlər arasında məşhur olan Enfan Rouge bazarı bir gecədə baş verən yanğın nəticəsində tamamilə məhv olub. xəbər verir ki, bunu Fransa paytaxtının Mərkəzi rayonunun meri Ariel Vayl bildirib. "Paris yanğınsöndürənləri Anfan Rouge bazarında qətiyyətl
12 oktyabrDünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ
13 oktyabr