İranda qaz partlayışı nəticəsində 6 nəfər ölüb
İranın Qərbi Azərbaycan əyalətinin Bukan şəhərində yaşayış binasında təbii qazın partlaması nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.
Sonxeber.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə Bukan Bələdiyyəsinin Yanğın və Təhlükəsizlik Xidmətinin rəhbəri Rəsul Marufi təbii qaz xəttindəki sızma nəticəsində baş verdiyi ehtimal edilən partlayışla bağlı açıqlama verib.
Yanğınsöndürmə qruplarının eyni ailədən 2-si uşaq olmaqla 6 nəfərin cansız cəsədini çıxardığını qeyd edən Marufi, biri yanğınsöndürən olmaqla, 4 yaralının xəstəxanada müalicəsinin davam etdirildiyini bildirib.
İranlı rəsmi qeyd edib ki, dağıntıların çıxarılması əməliyyatları ilə yanaşı, axtarış-xilasetmə işləri də davam edir.
İlk təsbitlərə görə hadisənin təbii qaz partlayışı olduğunu qeyd edən Marufi, partlayışın dəqiq səbəbinin hələlik məlum olmadığını, qaz şirkətinin mütəxəssislərinin araşdırmalarını davam etdirdiyini bildirib.
Bukan qubernatoru Babahan İskəndəri də partlayışın baş verdiyi bütün binanın və bitişik iki tikilinin 70 faizinin dağıldığını bildirib.
İsgəndəri ölən və yaralananların sayının artmasından narahat olduqlarını dilə gətirib.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR
XƏBƏRDARLIQ! Bu tarixdən havanın temperaturu KƏSKİN DƏYİŞƏCƏK
Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Azərbaycanda internet BAHALAŞDI - YENİ QİYMƏT
Su qiymətinə alırdıq, indi 100 MANATA SATILIR - VİDEO
Azərbaycanda 12 uşağa görün nə adı qoyulub?
Evdən çıxmazdan əvvəl eyvana PLASTİK BUTULKA BAĞLAYIN
Azərbaycanın əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
İşıq pulunu tam ödəyənlərə niyə yenidən məbləğ yazılır? - SƏBƏBİ BƏLLİ OLDU
XƏBƏRDARLIQ! Bakıda güclü külək əsəcək, yağış yağacaq - BU TARİXDƏ
Yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlər nöqtəni qoydular
Mayın qeyri-iş günləri AÇIQLANDI - DƏYİŞİKLİK VAR
Nazirdən ƏMR: Məktəblər və universitetlər BU TARİXDƏ onlayn rejimə keçir
Dollar saxlayanlara şad XƏBƏR
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA